--:--:-- | 24 Oktyabr 2026, Şənbə
Son Xəbər
Yüklənir...

Bu gün Azərbaycanda Neftçilər Günüdür

Aysel Əlibəyli 20 Sentyabr 2026 · 10:04 1124 baxış

Elpress.az xəbər verir ki, hər il sentyabrın 20-si Azərbaycanda neft-qaz sənayesində çalışanların peşə bayramı – Neftçilər Günü kimi qeyd olunur.

Bu tarixin neftçilərin peşə bayramı kimi qeyd edilməsi Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 16 avqust 2001-ci il tarixli fərmanı ilə rəsmiləşdirilib.Neftçilər Günündə ölkənin neft-qaz sənayesinin inkişafı, əldə olunan nəticələr və qarşıda duran əsas vəzifələr diqqət mərkəzində olur. Sektorun inkişafına töhfə verən, fəaliyyətində xüsusi xidmət və fədakarlıq göstərən işçi və mütəxəssislər dövlət başçısının fərman və sərəncamları ilə fəxri ad, orden və medallarla təltif edilirlər.Sentyabrın 20-nin məhz bu sahədə çalışanların peşə bayramı kimi müəyyənləşdirilməsi isə Azərbaycanın neft tarixində mühüm hadisə ilə bağlıdır. Belə ki, 1994-cü il sentyabrın 20-də Bakıda Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri” və “Çıraq” yataqlarının, eləcə də “Günəşli” yatağının dərin sulu hissəsinin birgə işlənməsi və hasil olunan neftin pay bölgüsü prinsipi əsasında bölüşdürülməsi haqqında müqavilə imzalanıb.

Tarixə “Əsrin müqaviləsi” kimi daxil olan bu sənəd Azərbaycanın neft-qaz sənayesinin inkişafında mühüm mərhələ hesab olunur.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Haber Global Azərbaycanın antiterror əməliyyatından süjet hazırladı

Next Article

Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Ölkəyə idxal edilən avtomobillərin sayı azalma göstərdi.

Aysel Əlibəyli 31 May 2026 · 19:13 1234 baxış 2026-cı ilin yanvar–aprel aylarında Azərbaycana gətirilən avtomobillərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə xeyli azalıb. Elpress.az-ın Qafqazinfo.az-a istinadən verdiyi məlumata əsasən, rəsmi statistik göstəricilərə əsasən, […]

Qubada almanın qiyməti kəskin düşdü

Aysel Əlibəyli 31 İyul 2026 · 12:37 1090 baxış Yağıntılar Quba alma bağlarına zərər vurdu: fermerlər böyük itki ilə üzləşib Elpress.az xəbər verir ki, Qubada əlverişsiz hava şəraiti almaçılıq təsərrüfatlarına ciddi ziyan vurub. Güclü yağışlar […]

Azərbaycan enerji sahəsində regionun aparıcı ölkələrindən biri olub

Aysel Əlibəyli 05 İyun 2026 · 11:00 1262 baxış Azərbaycan son illərdə enerji sektorunda həyata keçirdiyi strateji layihələr hesabına bölgənin əsas enerji mərkəzlərindən biri statusunu möhkəmləndirib. Elpress.az xəbər verir ki, Bakı Dövlət Universitetinin professoru Kamilə […]