Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Türkiyənin enerji və gəmiqayırma sektorlarında fəaliyyət göstərən “Karadeniz Holding”in İdarə Heyətinin sədri Osman Murat Karadenizlə görüş keçirib.
Elpress.az xəbər verir ki, görüş zamanı Azərbaycan-Türkiyə iqtisadi əlaqələrinin inkişafı və qarşılıqlı əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.Mikayıl Cabbarov görüşlə bağlı paylaşımında Azərbaycanda formalaşdırılmış əlverişli biznes və investisiya mühitinin diqqətə çatdırıldığını bildirib.
Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran mümkün layihələri nəzərdən keçirərək gələcək əməkdaşlığın perspektivlərini müzakirə ediblər.


