Elpress.az xəbər verir ki, Türkiyənin “Haber Global” telekanalı Azərbaycanın dövlət suverenliyinin bərpası məqsədilə həyata keçirdiyi lokal xarakterli antiterror əməliyyatından bəhs edən süjet yayımlayıb.
Süjetdə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin dövlət suverenliyinin tam bərpa olunması ilə bağlı fikirlərinə yer verilib. Həmçinin Prezidentin sosial media hesablarında paylaşdığı materiallar tamaşaçıların diqqətinə çatdırılıb.
Süjetdə Azərbaycan Ordusunun həyata keçirdiyi lokal antiterror əməliyyatı nəticəsində əldə olunan nəticələrdən danışılıb və əməliyyat “daha bir zəfər” kimi təqdim olunub.


