--:--:-- | 20 Sentyabr 2026, Bazar
Son Xəbər
Yüklənir...

Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

Aysel Əlibəyli 20 Sentyabr 2026 · 10:13 1018 baxış

Elpress.az xəbər verir ki, sentyabrın 20-si Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi qeyd olunur.

Bu tarixin şəhər günü kimi təsis edilməsi Prezident İlham Əliyevin 18 sentyabr 2024-cü il tarixli sərəncamı ilə rəsmiləşdirilib. Sənədə əsasən, hər il sentyabrın 20-si bu şəhərlərin günü kimi qeyd edilir.Sentyabrın 20-si həmçinin Azərbaycanda Dövlət Suverenliyi Günüdür. Prezidentin 19 sentyabr 2024-cü il tarixli sərəncamına əsasən, bu tarix 2023-cü il sentyabrın 19–20-də keçirilən antiterror əməliyyatı nəticəsində ölkənin dövlət suverenliyinin tam bərpa olunması ilə əlaqələndirilir.Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, 2023-cü il sentyabrın 19-da Qarabağ iqtisadi rayonunda başlayan lokal xarakterli antiterror tədbirləri 23 saat 43 dəqiqə davam edib. Əməliyyat nəticəsində 406 kvadratkilometr ərazi Azərbaycan Ordusunun nəzarətinə keçib. Nazirliyin məlumatında qarşı tərəfin 310 nəfər itki verdiyi, 614 nəfərin yaralandığı, həmçinin çoxsaylı silah və hərbi texnikanın məhv edildiyi və müsadirə olunduğu bildirilir.Əməliyyatın başa çatması ilə Azərbaycan dövlətinin suverenliyinin ölkə ərazisində tam bərpa olunduğu bildirilib.Prezident İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xankəndi şəhərində, eləcə də Xocalı, Xocavənd və Ağdərə şəhərlərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb.

Beləliklə, sentyabrın 20-si Azərbaycan tarixində həm Dövlət Suverenliyi Günü, həm də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi xüsusi əhəmiyyət daşıyan tarixlərdən biridir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Bu gün Azərbaycanda Neftçilər Günüdür

Next Article

XİN Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat yaydı

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Azyaşlılar üçün pasport müraciəti “mygov”da elektronlaşdırıldı

Aysel Əlibəyli 31 Avqust 2026 · 11:50 1034 baxış Ədliyyə Nazirliyinin təqdim etdiyi “Azyaşlıya pasportun verilmə ərizəsi” xidməti “mygov” platformasına inteqrasiya olunub. Elpress.az xəbər verir ki, yeni xidmət vasitəsilə 18 yaşına çatmamış şəxslərə ümumvətəndaş pasportunun […]

Yağış mövsümü gecikəcək, fırtınalar isə daha güclü olacaq

Aysel Əlibəyli 20 Avqust 2026 · 08:34 1042 baxış Qlobal istiləşmə tropik bölgələrdə yağışlı mövsümün vaxtını dəyişməklə yanaşı, fırtınaların gətirdiyi yağıntıların daha intensiv olmasına səbəb ola bilər. Elpress.az xəbər verir ki, “Nature Geoscience” jurnalında yayımlanan […]

64 ildən sonra evləndilər

Aysel Əlibəyli 26 İyul 2026 · 21:23 1058 baxış 90 yaşlı qadın 64 illik münasibətdən sonra sevgilisi ilə nikaha daxil olub Elpress.az xəbər verir ki, Keniyada yaşayan 90 yaşlı Tabita Vanqui və 95 yaşlı İbrahim […]