--:--:-- | 25 Sentyabr 2026, Cümə
Son Xəbər
Yüklənir...

BMT rəsmisi: Azərbaycanın logistika habına çevrilmək potensialı var

Aysel Əlibəyli 25 Sentyabr 2026 · 14:46 1008 baxış

Dmitro Şlapaçenko: Azərbaycan regional və qlobal dəyər zəncirlərində mövqeyini gücləndirə bilər

Elpress.az xəbər verir ki, Azərbaycanın strateji coğrafi mövqeyi və inkişaf edən nəqliyyat infrastrukturu ölkənin regional istehsal və logistika mərkəzinə çevrilməsi üçün geniş imkanlar yaradır.Bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Dmitro Şlapaçenko bildirib.Onun sözlərinə görə, qlobal iqtisadi proseslər Azərbaycanın gələcək inkişafına da təsir göstərir. Bu baxımdan ölkənin neft və qaz sektorundan kənarda iqtisadiyyatını şaxələndirməsi və mövcud nəqliyyat imkanlarından daha səmərəli istifadə etməsi mühüm əhəmiyyət daşıyır.Şlapaçenko qeyd edib ki, Azərbaycanın strateji mövqeyi, nəqliyyat bağlantıları, innovasiya imkanları, özəl sektorun inkişafı və ixrac potensialı ölkənin regional və qlobal dəyər zəncirlərində daha fəal iştirakına şərait yarada bilər.O, Bakı limanı və dəmir yolu infrastrukturunun Azərbaycanın logistika və istehsal imkanlarını genişləndirən əsas amillər sırasında olduğunu vurğulayıb.BMT rəsmisi həmçinin insan kapitalına və innovasiyalara yatırımların artırılmasının vacibliyini qeyd edib. Onun sözlərinə görə, süni intellekt, avtomatlaşdırma və rəqəmsal texnologiyaların istehsalda tətbiqinin genişlənməsi əmək bazarında yeni bacarıqlara malik mütəxəssislərə tələbatı artırır.Şlapaçenko Azərbaycanın beynəlxalq standartlara və tənzimləyici normalara uyğunlaşmasının da ixrac imkanlarının genişləndirilməsi və qlobal dəyər zəncirlərinə inteqrasiyası baxımından əhəmiyyətli olduğunu bildirib.Onun fikrincə, strateji coğrafi mövqe, müasir infrastruktur, inkişaf edən sənaye imkanları və iqtisadi şaxələndirmə istiqamətində aparılan işlər Azərbaycanın regional istehsal və logistika habına çevrilməsi üçün əsas imkanlar yaradır.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

ABŞ rəsmisi: TRIPP geostrateji risklərin azaldılmasına xidmət edir

Next Article

Türkiyədə “Terrorsuz Türkiyə” prosesi üzrə komissiya yaradılır

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Enerji sektorunda sabitlik sual altındadır

Aysel Əlibəyli 02 İyun 2026 · 11:02 1122 baxış Enerji bazarlarında qeyri-müəyyənlik səviyyəsi yüksək olaraq qalır, eyni zamanda bazardakı güclü dəyişkənlik qlobal enerji sektorunda riskləri artırır. Elpress.az-ın Apa.az-a istinadən verdiyi məlumata əsasən, 31-ci Bakı Enerji […]

Azərbaycan aqrar sektoru yeni zirvəyə doğru

Aysel Əlibəyli 27 May 2026 · 13:33 1134 baxış Azərbaycan 2026–2030-cu illər üçün kənd təsərrüfatının inkişafına dair yeni Dövlət Proqramı ilə aqrar sektorda növbəti inkişaf mərhələsinə qədəm qoyur. Bu dəfə hədəf yalnız istehsal həcmini artırmaq […]

Prezidentdən aeroportlarla bağlı yeni Fərman

Aysel Əlibəyli 12 İyun 2026 · 19:01 1132 baxış Aeroportların idarə olunması ilə bağlı yeni Qayda təsdiqləndi Prezident İlham Əliyev aeroportların idarə olunması ilə bağlı Fərman imzalayıb ✈️Sənədə əsasən, “Hava limanlarının (aeroportların) idarə edilməsi Qaydası” […]

Bu gün Azərbaycanda Neftçilər Günüdür

Aysel Əlibəyli 20 Sentyabr 2026 · 10:04 1064 baxış Elpress.az xəbər verir ki, hər il sentyabrın 20-si Azərbaycanda neft-qaz sənayesində çalışanların peşə bayramı – Neftçilər Günü kimi qeyd olunur. Bu tarixin neftçilərin peşə bayramı kimi […]