--:--:-- | 06 Noyabr 2026, Cümə
Son Xəbər
Yüklənir...

Bu gün Azərbaycanda Neftçilər Günüdür

Aysel Əlibəyli 20 Sentyabr 2026 · 10:04 1162 baxış

Elpress.az xəbər verir ki, hər il sentyabrın 20-si Azərbaycanda neft-qaz sənayesində çalışanların peşə bayramı – Neftçilər Günü kimi qeyd olunur.

Bu tarixin neftçilərin peşə bayramı kimi qeyd edilməsi Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 16 avqust 2001-ci il tarixli fərmanı ilə rəsmiləşdirilib.Neftçilər Günündə ölkənin neft-qaz sənayesinin inkişafı, əldə olunan nəticələr və qarşıda duran əsas vəzifələr diqqət mərkəzində olur. Sektorun inkişafına töhfə verən, fəaliyyətində xüsusi xidmət və fədakarlıq göstərən işçi və mütəxəssislər dövlət başçısının fərman və sərəncamları ilə fəxri ad, orden və medallarla təltif edilirlər.Sentyabrın 20-nin məhz bu sahədə çalışanların peşə bayramı kimi müəyyənləşdirilməsi isə Azərbaycanın neft tarixində mühüm hadisə ilə bağlıdır. Belə ki, 1994-cü il sentyabrın 20-də Bakıda Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri” və “Çıraq” yataqlarının, eləcə də “Günəşli” yatağının dərin sulu hissəsinin birgə işlənməsi və hasil olunan neftin pay bölgüsü prinsipi əsasında bölüşdürülməsi haqqında müqavilə imzalanıb.

Tarixə “Əsrin müqaviləsi” kimi daxil olan bu sənəd Azərbaycanın neft-qaz sənayesinin inkişafında mühüm mərhələ hesab olunur.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Haber Global Azərbaycanın antiterror əməliyyatından süjet hazırladı

Next Article

Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Qoyun əti ixracı artırılır – 2030 hədəfi açıqlanıb

Aysel Əlibəyli 23 İyun 2026 · 13:51 1204 baxış İlhamə Qədimova Saatlı rayonunda keçirilən regional müşavirədə ölkədə qoyunçuluğun inkişafı və ixrac imkanlarının genişləndirilməsi ilə bağlı yeni hədəfləri açıqlayıb. Qeyd olunub ki, “Azərbaycan Respublikasında kənd təsərrüfatı, […]

Dolların sabahkı rəsmi məzənnəsi açıqlandı

Aysel Əlibəyli 30 İyun 2026 · 18:34 1150 baxış Azərbaycan Mərkəzi Bankı milli valyutanın xarici valyutalara nisbətdə müəyyən edilən rəsmi göstəriciləri ilə bağlı növbəti məlumatı açıqlayıb. Elpress.az xəbər verir ki, Azərbaycan Respublikası Mərkəzi Bankı manatın […]

İstanbula yeni baş konsul təyin edildi

Aysel Əlibəyli 27 İyul 2026 · 18:41 1170 baxış Zamin Əliyev Azərbaycanın İstanbuldakı baş konsulu vəzifəsinə təyin olunub Elpress.az xəbər verir ki, Prezident İlham Əliyevin sərəncamı ilə Zamin Əliyev Azərbaycanın Türkiyənin İstanbul şəhərindəki baş konsulu […]

Şamaxıda tənha analara dəstək layihəsi davam etdirilir

Aysel Əlibəyli 26 Avqust 2026 · 17:15 1104 baxış Göylər kəndində sosial müəssisə qadınların məşğulluğuna və sahibkarlıq imkanlarına dəstək verir Elpress.az xəbər verir ki, Şamaxının Göylər kəndində tənha anaların sosial və iqtisadi imkanlarının artırılmasına yönəlmiş […]