“NZS” ərazisində təkər tullantılarının saxlanıldığı anbarda yanğın başlayıb
Elpress.az xəbər verir ki, Bakının Xətai rayonunda yerləşən “NZS” ərazisində yanğın hadisəsi qeydə alınıb.Yanğın təkər tullantılarının toplandığı anbarda baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.Hazırda yanğının söndürülməsi və ərazidə təhlükəsizliyin təmin edilməsi istiqamətində tədbirlər davam etdirilir.Hadisə ilə bağlı əlavə məlumatın veriləcəyi bildirilib.


