Qusar və Quba sakinlərinin sosial məsələlərlə bağlı müraciətləri dinlənilib
Elpress.az xəbər verir ki, Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Qusar rayonunda Qusar və Quba sakinlərini qəbul edib.Qəbuldan əvvəl nazir və Qusar Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahid Fərəməzov Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar.Görüş zamanı vətəndaşlar əsasən məşğulluq, əlillik, reabilitasiya vasitələri, ünvanlı sosial yardım və digər sosial məsələlərlə bağlı müraciətlərini çatdırıblar. Müraciət edənlər arasında şəhid ailələrinin üzvləri və müharibə iştirakçıları da olub.Vətəndaşların müraciətləri fərdi qaydada araşdırılıb və məsələlərin həlli ilə bağlı müvafiq tədbirlər görülüb. Sorğu xarakterli müraciətlər üzrə isə qanunvericiliyin tələblərinə uyğun izahatlar verilib.Həmçinin müraciətlər əsasında bir sıra vətəndaşların aktiv məşğulluq və özünüməşğulluq proqramlarına cəlb olunması üçün qeydiyyatı aparılıb.


