Dmitri Peskov üçtərəfli görüşün yaxın zamanda baş tuta biləcəyini bildirib
Elpress.az xəbər verir ki, Rusiya, ABŞ və Ukrayna nümayəndələrinin iştirakı ilə üçtərəfli görüşün yaxın vaxtlarda keçirilməsi gündəmdədir.Bu barədə Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov məlumat verib. Onun sözlərinə görə, belə bir görüşün tezliklə baş tutması mümkündür. Bununla yanaşı, Peskov görüşün keçirilməsi ilə bağlı hələlik konkret məlumatın olmadığını vurğulayıb.Kremlin sözçüsü həmçinin Rusiya prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriyevin ABŞ tərəfinin nümayəndələri ilə əlaqələri davam etdirdiyini bildirib. O, Dmitriyevin səfərinin nəticələri barədə danışmaq üçün hələ tez olduğunu qeyd edib.Ukrayna Prezidenti Volodimir Zelenski isə Kiyev və Vaşinqtonun Brüssel və Moskva ilə məsləhətləşmələri davam etdirəcəyini və əldə olunan nəticələri 10 gün ərzində müzakirə edəcəklərini açıqlayıb.Zelenskinin sözlərinə görə, ABŞ Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli texniki görüşün keçirilməsini təklif edib. Görüşün dəqiq tarixi isə hələ müəyyənləşdirilməyib.


