--:--:-- | 07 Noyabr 2026, Şənbə
Son Xəbər
Yüklənir...

Bayram günlərində gömrükdə iş dayanmayacaq

Aysel Əlibəyli 05 Noyabr 2026 · 20:58 1030 baxış

Azərbaycanda qarşıdan gələn uzunmüddətli istirahət günlərində idxal və ixrac əməliyyatlarının ləngiməməsi üçün gömrük xidmətində xüsusi iş rejimi tətbiq olunacaq.

Elpress.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin aidiyyəti qurumları noyabrın 9-da və 10-da növbəli iş qrafiki ilə fəaliyyət göstərəcək.

Komitənin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin yaydığı məlumata əsasən, bu addım qeyri-iş günlərində malların gömrük rəsmiləşdirilməsi prosesinin operativliyini qorumaq və sahibkarların əməliyyatlarında mümkün gecikmələrin qarşısını almaq məqsədi daşıyır.

Qeyd edək ki, 2026-cı ildə Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədar noyabrın 7-dən 10-dək ardıcıl dörd gün istirahət nəzərdə tutulub. Noyabrın 10-u isə bayram gününün həftəsonu ilə üst-üstə düşməsi səbəbindən əlavə istirahət günüdür.

Beləliklə, istirahət günləri ərzində də gömrük rəsmiləşdirilməsi xidmətlərinin müəyyən edilmiş qaydada davam etdirilməsi təmin olunacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Radio və televiziya işçilərinə dövlət təltifləri verildi – SİYAHI

Next Article

Zelenski Melaniya Trampa yüksək dövlət mükafatı verdi

Bəlkə də, sizin üçün maraqlı olar ...;

“Qarabağ KOB-ları” layihəsində yeni təlimlər başa çatıb

Aysel Əlibəyli 10 Sentyabr 2026 · 15:09 1094 baxış 55 nəfər peşə təlimlərini tamamlayaraq sertifikat əldə edib Elpress.az xəbər verir ki, “Qarabağ KOB-ları 2026” layihəsi çərçivəsində növbəti peşə təlimləri başa çatıb. Təlimlər müxtəlif dövlət və […]

Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı artıb

Aysel Əlibəyli 11 Avqust 2026 · 14:15 1104 baxış İlin əvvəlindən ölkədə aktiv vergi ödəyicilərinin sayı 3,4 faiz yüksəlib Elpress.az xəbər verir ki, Azərbaycanda iqtisadi fəaliyyət göstərən vergi ödəyicilərinin sayı artmaqda davam edir.Avqustun 1-nə olan […]