--:--:-- | 02 Oktyabr 2026, Cümə
Son Xəbər
Yüklənir...

“Azeri Light” bahalaşdı – Azərbaycan neftinin qiyməti 125 dollara yaxınlaşdı

Aysel Əlibəyli 02 Oktyabr 2026 · 10:14 1016 baxış

Dünya bazarında Azərbaycan neftinin qiymətində növbəti artım qeydə alınıb. “Azeri Light” markalı neftin bir barelinin qiyməti 124,76 ABŞ dollarına yüksəlib.

Elpress.az xəbər verir ki, bazardakı mənbənin məlumatına görə, Azərbaycan neftinin qiyməti əvvəlki göstərici ilə müqayisədə 5,5 ABŞ dolları və ya 4,61 faiz artıb.

Hərraclarda “Brent” markalı neftin dekabr fyuçerslərinin bir bareli 127,11 ABŞ dollarına satılıb.

Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light”ın qiyməti də yüksəlib. Bir barelin qiyməti 5,04 ABŞ dolları və ya 4,48 faiz artaraq 117,33 ABŞ dollarına çatıb.

Qeyd edək ki, Azərbaycanın 2026-cı il dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dolları səviyyəsində nəzərdə tutulub.

“Azeri Light”ın tarix üzrə ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, ən yüksək qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları olub.

Azərbaycanın “Azeri Light” markalı nefti “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun işlənməsi üzrə müqavilə çərçivəsində hasil edilir. Müqavilədə SOCAR-ın payı 35,3 faiz təşkil edir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

YAP-ın VIII Qurultayı keçirilir – İlham Əliyev çıxış edir

Next Article

1960-cı ilin araşdırmasında 13 noyabr 2026 “Qiyamət günü” kimi göstərilib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

AZAL 6 ayda sərnişin sayını 5 faiz artırdı

Aysel Əlibəyli 09 İyul 2026 · 15:32 1106 baxış Azərbaycan Hava Yolları 2026-cı ilin ilk altı ayında 1,9 milyon sərnişinə xidmət göstərərək sərnişin daşımalarında ötən ilin eyni dövrü ilə müqayisədə 5 faiz artım qeydə alıb. […]

Dünya Bankı: Regional inteqrasiya ölkələrin gələcəyinə yol açır

Aysel Əlibəyli 16 İyun 2026 · 15:11 1112 baxış Regional inteqrasiya dövlətlərə daha güclü əməkdaşlıq quraraq gələcək inkişaf istiqamətlərini müəyyənləşdirmək imkanı yaradır. Dünya Bankının Yaxın Şərq, Şimali Afrika, Əfqanıstan və Pakistan üzrə Strategiya və Əməliyyatlar […]