--:--:-- | 06 Noyabr 2026, Cümə
Son Xəbər
Yüklənir...

2027-ci il büdcəsində sosial xərclərin payı 44,2 faizə çatacaq

Aysel Əlibəyli 06 Noyabr 2026 · 11:44 1014 baxış

Azərbaycanda növbəti ilin dövlət büdcəsində sosial istiqamətlərə ayrılan vəsaitin artırılması nəzərdə tutulur. Yeni büdcə layihəsində sosialyönümlü xərclərin ümumi xərclərdəki payının 44,2 faizə yüksələcəyi proqnozlaşdırılır.

Elpress.az xəbər verir ki, Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı sosial sahəyə ayrılan vəsaitlərin artımını diqqətə çatdırıb.

Onun sözlərinə görə, 2026-cı il üçün dövlət büdcəsi xərclərində sosial istiqamətlərin payı təxminən 41 faiz olduğu halda, gələn il bu göstəricinin 44 faizdən çox olacağı gözlənilir.

Əli Əhmədov bildirib ki, sosial sahəyə yönəldilən vəsaitlərin artım tempi dövlət büdcəsinin ümumi gəlir və xərclərindəki artımı üstələyir. Onun fikrincə, bu tendensiya sosial müdafiə tədbirlərinin maliyyə təminatının genişləndirilməsinə imkan yaradır.

Milli Məclisdə təqdim olunan 2027-ci il büdcə layihəsinə əsasən, sosialyönümlü xərclər üçün 18 milyard 733,4 milyon manat ayrılması nəzərdə tutulur. Bu, 2026-cı ilin müvafiq göstəricisindən 1 milyard 582,1 milyon manat və ya 9,2 faiz çoxdur.

Əli Əhmədov qeyd edib ki, iqtisadiyyatın inkişafı dövlətin sosial proqramlara daha çox maliyyə ayırmasına şərait yaradır. O, bu imkanların gələcəkdə də genişlənəcəyinə və əhalinin rifahına müsbət təsir göstərəcəyinə ümid etdiyini bildirib.

Qeyd edək ki, 2027-ci il dövlət büdcəsi hazırda layihə mərhələsindədir və parlamentdə müzakirə olunur.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Azərbaycanda noyabrın 12-dək maqnit qasırğası gözlənilmir

Next Article

Bakıda nasaz svetoforlarla bağlı sürücülərə çağırış edildi

Bəlkə də, sizin üçün maraqlı olar ...;

“Brent” ucuzlaşıb, “WTI” bahalaşıb

Aysel Əlibəyli 10 Sentyabr 2026 · 09:14 1078 baxış Elpress.az xəbər verir ki, dünya bazarında neftin əsas markalarından olan “Brent” ucuzlaşıb, “WTI” markalı neft isə bahalaşıb. ICE London qitələrarası birjasında “Brent” neftinin 2026-cı ilin noyabr […]

Azərbaycanda yeni vergi bəyannamələri təsdiqlənib

Aysel Əlibəyli 11 Avqust 2026 · 14:43 1098 baxış Vergi Məcəlləsinə dəyişikliklərdən sonra bir sıra bəyannamələrin forması yenilənib Elpress.az xəbər verir ki, Dövlət Vergi Xidməti tərəfindən bəzi vergi bəyannamələrinin yeni formaları və onların hazırlanması qaydaları […]

Azərbaycan nefti yenidən bahalaşıb

Aysel Əlibəyli 20 İyun 2026 · 10:58 1174 baxış Dünya bazarında Azərbaycan neftinin qiymətində artım qeydə alınıb. Elpress.az xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2,89 ABŞ dolları və ya 3,61 faiz […]