--:--:-- | 06 Noyabr 2026, Cümə
Son Xəbər
Yüklənir...

Şuşa sakinlərindən Zəfər Gününə özəl fləşmob – “Qarabağ, sən dirçəlirsən!”

Aysel Əlibəyli 06 Noyabr 2026 · 17:50 1010 baxış

Şuşada doğma yurda qayıdışın sevincini və Qarabağın yenidən qurulmasını əks etdirən xüsusi videoçarx hazırlanıb. Doğma şəhərinə qayıdan sakinlər bu dəfə Zəfər Gününü fərqli təqdimatla qeyd ediblər.

Elpress.az xəbər verir ki, 8 Noyabr – Zəfər Günü münasibətilə Şuşada “Qarabağ, sən dirçəlirsən!” adlı fləşmob təşkil olunub.

Layihə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı, Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi ilə həyata keçirilib. Tədbirə Şuşa şəhərinə köçmüş sakinlər də qoşulublar.

Fləşmob vasitəsilə işğaldan azad edilmiş ərazilərdə həyatın bərpası, sakinlərin doğma torpaqlarına qayıdışı və Qarabağın dirçəlişi mövzuları ön plana çıxarılıb.

Təşkilatçılar layihə ilə Zəfər Gününün mənəvi əhəmiyyətini və doğma yurda bağlılığı nümayiş etdiriblər.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

“Global Media Group” Vətən müharibəsinin iştirakçısı olan əməkdaşlarını mükafatlandırdı

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Quru gavalının sümüyə möcüzəvi xeyri

Aysel Əlibəyli 04 Avqust 2026 · 13:53 1112 baxış Elmi araşdırma: Gün ərzində 5 ədəd quru gavalının sümük sağlamlığına misilsiz faydaları üzə çıxdı Elpress.az xəbər verir ki, Elmi araşdırmalar quru gavalının sümük toxumasını gücləndirdiyini, sümük […]

Tələbələr üçün süni intellekt təlimi keçirilib

Aysel Əlibəyli 07 Sentyabr 2026 · 16:13 1084 baxış “AI4Real Bootcamp” proqramında 14 universitetdən 26 tələbə iştirak edib Elpress.az xəbər verir ki, Azercell-in təşəbbüsü və dəstəyi, ADA Universitetinin təşkilatçılığı ilə keçirilən “AI4Real Bootcamp” intensiv təlim […]