--:--:-- | 04 Noyabr 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

Kirayə yolu ilə əldə edilə bilən yeni mənzillər satışa təqdim olunur

Aysel Əlibəyli 29 İyul 2026 · 08:55 1122 baxış

İpoteka və Kredit Zəmanət Fondu satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində paytaxtda daha 184 mənzili vətəndaşların istifadəsinə verəcək.

Elpress.az xəbər verir ki, yeni yaşayış sahələri Bakı şəhərinin Binəqədi rayonu, Cəfər Xəndan küçəsində yerləşən yaşayış kompleksində yerləşir. Mənzillər 1, 2 və 3 otaqlı olmaqla tam təmirli vəziyyətdə təqdim edilir. Aylıq kirayə ödənişləri isə 925 manatdan başlayır.

Məlumata görə, vətəndaşlar mənzillərin seçimini avqustun 4-ü saat 15:00-dan etibarən həyata keçirə biləcəklər. Müraciətlər Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiya olunmuş “Elektron ipoteka və kredit zəmanət” platforması üzərindən qəbul ediləcək.Şəffaflığın və təhlükəsizliyin təmin olunması məqsədilə yaşayış sahələrinin seçimi SİMA biometrik identifikasiya sistemi vasitəsilə aparılacaq.

Fonddan bildirilib ki, kirayə mexanizmi və müraciət qaydaları ilə bağlı ətraflı məlumatı rəsmi internet səhifəsi, sosial media resursları və “1549” Çağrı Mərkəzi vasitəsilə əldə etmək mümkündür.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Rəqibini zədələyən futbolçuya görünməmiş cəza verildi

Next Article

Azərbaycanın sabiq səfiri Hacan Hacısoy vəfat edib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Kirayə mənzil mexanizmində yeni qaydalar qüvvəyə minib

Aysel Əlibəyli 21 Oktyabr 2026 · 18:10 1086 baxış Azərbaycanda satmaq öhdəliyi ilə kirayə mənzil mexanizmindən istifadə şərtləri yenilənib. Oktyabrın 1-dən qüvvəyə minən dəyişikliklər mənzil əldə etmək istəyən vətəndaşların müraciət imkanlarını tənzimləyir, eləcə də mexanizmdə […]

AQTA və DMA peşə hazırlığı layihəsini müzakirə edib

Aysel Əlibəyli 28 Avqust 2026 · 13:42 1090 baxış Qida təhlükəsizliyi sahəsi üçün ixtisaslı kadrların hazırlanması ilə bağlı yeni layihə nəzərdən keçirilib Elpress.az xəbər verir ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə Dövlət Məşğulluq […]

İranda “İqtisadi Müharibə Qərargahı” yaradılıb

Aysel Əlibəyli 06 Sentyabr 2026 · 18:44 1068 baxış Yeni qurum müharibə şəraitində iqtisadi problemlərin operativ həllini təmin edəcək Elpress.az xəbər verir ki, İranın İqtisadiyyat Nazirliyinin tabeliyində müharibə şəraitinin yaratdığı iqtisadi çətinliklərin çevik şəkildə aradan […]

SOCAR “Günəşli” yatağında 3D seysmik tədqiqatı yekunlaşdırdı

Aysel Əlibəyli 02 Oktyabr 2026 · 10:47 1098 baxış SOCAR Xəzər dənizində yerləşən “Günəşli” yatağının dayazsulu hissəsində 3D OBN seysmik tədqiqat layihəsini başa çatdırıb. Elpress.az xəbər verir ki, “Azneft” İstehsalat Birliyinin istismar etdiyi yataqda aparılan […]