--:--:-- | 06 Noyabr 2026, Cümə
Son Xəbər
Yüklənir...

Zığ dairəsi–Hava Limanı yolunda sürət həddi azaldıldı

Aysel Əlibəyli 06 Noyabr 2026 · 11:32 1016 baxış

Bakıda hava şəraitinin pisləşməsi paytaxtın əsas avtomobil yollarından birində hərəkətə təsir edib. Sürücülərə təhlükəsizlik baxımından sürət rejiminə xüsusi diqqət yetirmək tövsiyə olunur.

Elpress.az xəbər verir ki, Zığ dairəsi–Hava Limanı avtomobil yolunda bütün hərəkət zolaqları üzrə sürət həddi saatda 20 kilometr azaldılıb.

Məlumata görə, qərar ərazidə müşahidə olunan güclü külək və yağıntılı hava şəraiti ilə əlaqədar verilib. Həmçinin yolun bütün zolaqlarında sürücüləri mümkün təhlükə barədə xəbərdar edən “Sürüşkən yol” nişanı aktivləşdirilib.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatına əsasən, sürət tablolarında müvafiq xəbərdarlıq da yerləşdirilib.

Sürücülərə yolun vəziyyətini nəzərə almaları, kəskin manevrlərdən çəkinmələri və elektron tablolarda göstərilən sürət məhdudiyyətlərinə riayət etmələri tövsiyə olunur.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Azərbaycan və İtaliya hərbi əməkdaşlıq sahəsində təlim keçirdi

Next Article

Azərbaycanda noyabrın 12-dək maqnit qasırğası gözlənilmir

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Anar Bayramov Səhiyyə Nazirliyinin kollektivinə təqdim edildi

Aysel Əlibəyli 19 Oktyabr 2026 · 16:08 1098 baxış Anar Bayramov Səhiyyə Nazirliyinin yeni rəhbəri kimi kollektivə təqdim olunub. Elpress.az xəbər verir ki, təqdimat mərasimində Baş nazirin müavini Teymur Musayev iştirak edib və yeni naziri […]

Bakının iki rayonunda işıqlar müvəqqəti kəsiləcək

Aysel Əlibəyli 16 Oktyabr 2026 · 08:12 1179 baxış Bu gün Yasamal və Xəzər rayonlarının bir sıra ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq. Elpress.az xəbər verir ki, “Azərişıq” ASC oktyabrın 16-da elektrik təsərrüfatında təmir və […]

Sabah hava pisləşəcək: güclü yağış və dolu gözlənilir

Aysel Əlibəyli 30 May 2026 · 12:45 1227 baxış Mayın 31-də bəzi rayonlarda yağış və dolu gözlənilir Sabah Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək. Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, paytaxtda hava dəyişkən buludlu […]