Zəfər Günü və Dövlət Bayrağı Günü münasibətilə Azərbaycanın bir sıra şəhərlərində hərbi qulluqçuların yürüşləri və hərbi orkestr kollektivlərinin konsert proqramları təşkil olunacaq.
Elpress.az xəbər verir ki, tədbirlər noyabrın 8-9-da Bakı, Sumqayıt, Gəncə, Xankəndi və Naxçıvanda keçiriləcək.
Noyabrın 8-də saat 16:00-dan 18:00-dək hərbi orkestrlər Bakının bir neçə ictimai məkanında nümunəvi çıxışlar edəcəklər. Proqram Heydər Əliyev sarayının qarşısındakı parkda, Filarmoniya parkında, Fəvvarələr meydanında, Koroğlu parkında, Sahil parkında və Zabitlər parkında təqdim olunacaq.
Noyabrın 9-da isə saat 11:00-dan 13:00-dək hərbi qulluqçuların iştirakı ilə yürüşlər təşkil ediləcək.
Bakıda yürüşlərin keçiriləcəyi əsas marşrutlar:
- Heydər Əliyev Sarayı – Bülbül prospekti – Nizami Kino Mərkəzi – Neftçilər prospekti – Azadlıq meydanı – Dəniz vağzalı;
- Şəhidlər xiyabanı – Alov Qüllələri – Cəmbərəkənd parkı – İçərişəhər metrosu – İçərişəhər qala qapısı – Dövlət Kukla Teatrı – Azneft dairəsi – Bəhram Gur heykəli;
- Nərimanov heykəli – Mərkəzi Park – Milli Dram Teatrı – Qış parkı – Heydər Əliyev Sarayı – Mərkəzi Bank – 28 Mall;
- Olimpik Star – Səməd Vurğun küçəsi – Zabitlər parkı – Bakı Dövlət Sirki – Heydər Əliyev Sarayı – Məmməd Araz küçəsi – Nəsimi heykəli – Neftçilər prospekti;
- Q. Musabəyov parkı – Əbdürrəhim bəy Haqverdiyev küçəsi – Hüseyn Cavid prospekti – Hüseyn Cavid parkı – Parlament prospekti – Şəhidlər xiyabanı.
Sumqayıt, Gəncə, Xankəndi və Naxçıvanda da hərbi yürüşlər şəhərlərin mərkəzi küçə və prospektləri boyunca baş tutacaq.
Tədbirlərin keçirilməsində məqsəd milli bayramların qeyd olunması, hərbi-vətənpərvərlik ruhunun yüksəldilməsi və xalqla ordu birliyinin nümayiş etdirilməsidir.


