--:--:-- | 05 Noyabr 2026, Cümə axşamı
Son Xəbər
Yüklənir...

Zelenski Melaniya Trampa yüksək dövlət mükafatı verdi

Aysel Əlibəyli 05 Noyabr 2026 · 21:02 1016 baxış

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-nin birinci xanımı Melaniya Trampı ölkəsinin ali dövlət təltiflərindən biri ilə mükafatlandırıb.

Elpress.az xəbər verir ki, Melaniya Tramp birinci dərəcəli “Şahzadə Olqa” ordeninə layiq görülüb. Mükafat Ukraynaya humanitar dəstək, insan hüquqlarının müdafiəsi və müharibədən zərər çəkmiş insanların, xüsusilə uşaqların xilasına yönələn fəaliyyətinə görə təqdim olunub.

Ukrayna Prezidentinin 2 noyabr tarixli, 1079/2026 nömrəli sərəncamında ABŞ-nin birinci xanımının humanitar təşəbbüslərə şəxsi töhfəsi xüsusi qeyd edilib. Sərəncam noyabrın 4-də ictimaiyyətə açıqlanıb.

Melaniya Trampın Ukraynanın Xerson vilayətində yerləşən, Rusiya qüvvələrinin nəzarətində olan Oleşki şəhərində humanitar əməliyyatın həyata keçirilməsinə verdiyi töhfə də diqqət çəkib. Onun vasitəçiliyi ilə oktyabrın 27-dən noyabrın 1-dək müvəqqəti atəşkəs qüvvədə olub. Bu müddətdə mülki əhalinin təxliyəsi və humanitar yardımın çatdırılması üçün şərait yaradılıb.

Melaniya Trampın açıqlamasına görə, əməliyyat nəticəsində təxminən 800 nəfərin təhlükəsiz əraziyə çıxarılması mümkün olub.

Qeyd edək ki, “Şahzadə Olqa” ordeni Ukraynada elm, təhsil, mədəniyyət, dövlət xidməti və xeyriyyəçilik sahələrində xüsusi xidmətləri olan qadınlara verilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Bayram günlərində gömrükdə iş dayanmayacaq

Next Article

Douvikas Çempionlar Liqasının ən yaxşısı seçildi

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Cənubi Avropada 50 dərəcə isti gözlənilir

Aysel Əlibəyli 20 İyul 2026 · 17:17 1210 baxış Cənubi Avropa güclü istilik dalğası ilə üz-üzə qala bilər Elpress.az xəbər verir ki, Sinoptiklər yaxın həftələrdə Cənubi Avropada yay mövsümünün ən güclü istilik dalğalarından birinin yaşana […]

Haluk Levent barəsində saxlanılma qərarı verildi

Aysel Əlibəyli 12 İyul 2026 · 20:53 1160 baxış Türkiyədə Ahbap Dərnəyi ilə bağlı aparılan istintaq çərçivəsində tanınmış müğənni Haluk Levent haqqında saxlanılma qərarı çıxarılıb. Elpress.az xəbər verir ki , İstanbul Respublika Baş Prokurorluğunun Ahbap […]