--:--:-- | 06 Noyabr 2026, Cümə
Son Xəbər
Yüklənir...

“Global Media Group” Vətən müharibəsinin iştirakçısı olan əməkdaşlarını mükafatlandırdı

Aysel Əlibəyli 06 Noyabr 2026 · 17:41 1008 baxış

8 Noyabr – Zəfər Günü ərəfəsində “Global Media Group” 44 günlük Vətən müharibəsində iştirak etmiş əməkdaşları ilə görüş keçirib. Şirkət onların döyüşlərdə göstərdikləri fədakarlığı və xidmətlərini xüsusi qeyd edib.

Elpress.az xəbər verir ki, görüş zamanı Vətən müharibəsinin iştirakçısı olan əməkdaşlara göstərdikləri igidliyə, cəsarətə və vətənpərvərliyə görə təşəkkür bildirilib.

Müharibə iştirakçıları arasında Baku TV-nin blok redaktoru Yelmar Məmmədli, müxbiri Nursultan Ziyadov, qrafik dizayneri İbrahim Həsənov, eləcə də Oxu.Az-ın müxbiri Murad Həsənov yer alıblar.

Görüşdə Vətən müharibəsinin iştirakçısı olan əməkdaşlarla qürur duyulduğu vurğulanıb. Həmçinin Azərbaycanın ərazi bütövlüyü və azadlığı uğrunda həyatını itirən şəhidlərin xatirəsi ehtiramla yad edilib, qazilərə və Azərbaycan Ordusunun hərbçilərinə minnətdarlıq ifadə olunub.

Qeyd edək ki, 8 Noyabr – Zəfər Günü 2020-ci ildə Vətən müharibəsində qazanılmış tarixi Qələbənin rəmzi olaraq qeyd edilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

İlham Əliyev və Mehriban Əliyeva Cəbrayılda iki açılışda iştirak etdilər

Next Article

Şuşa sakinlərindən Zəfər Gününə özəl fləşmob – “Qarabağ, sən dirçəlirsən!”

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Yüksək təzyiqi olanlara hansı pendir uyğundur?

Aysel Əlibəyli 01 Avqust 2026 · 14:55 1094 baxış İsveçrə pendiri aşağı natrium tərkibinə görə faydalı seçim hesab olunur Elpress.az xəbər verir ki, İsveçrə pendiri aşağı duz tərkibi və zəngin qida dəyəri ilə yüksək arterial […]

Vüqar Zifəroğlu Mətbuat Şurasının yeni sədri seçildi

Aysel Əlibəyli 16 Oktyabr 2026 · 12:30 1192 baxış Azərbaycan Mətbuat Şurasının rəhbərliyində dəyişiklik olub. Vüqar Zifəroğlu jurnalistlərin IX qurultayında qurumun sədri seçilib. Elpress.az xəbər verir ki, qurultayda Mətbuat Şurasının İdarə Heyətinin qərarı ilə Vüqar […]

Zakir Həsənov hərbi hissələrdə vəziyyətlə tanış olub

Aysel Əlibəyli 12 Avqust 2026 · 12:29 1114 baxış Müdafiə naziri general-polkovnik Zakir Həsənov Əlahiddə Ümumqoşun Ordunun hərbi hissələrində xidmət-döyüş fəaliyyətinin təşkili və hərbi qulluqçular üçün yaradılan sosial-məişət şəraiti ilə tanış olub. Elpress.az xəbər verir […]

Bakının 5 əsas yolunda sıxlıq müşahidə olunur – SİYAHI

Aysel Əlibəyli 17 Avqust 2026 · 08:29 1102 baxış Bakının bir sıra küçə və prospektlərində hazırda nəqliyyat sıxlığı yaranıb. Elpress.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb. Hazırda […]