--:--:-- | 07 Noyabr 2026, Şənbə
Son Xəbər
Yüklənir...

Dünya çempionu soydaşımız Slovakiyada idman zalı açdı

Aysel Əlibəyli 06 Noyabr 2026 · 21:54 1030 baxış

Avropada yaşayan azərbaycanlı idmançı Sadiq Kərimov Slovakiyada yeni idman məkanını istifadəyə verib. Layihənin əsas məqsədləri sırasında gənclərin idmana cəlb olunması və yeni idmançıların yetişdirilməsi dayanır.

Elpress.az xəbər verir ki, Bratislava şəhərində yaşayan, sambo üzrə dəfələrlə dünya çempionu olmuş Sadiq Kərimovun yeni idman zalının açılış mərasimi keçirilib. Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Açılış zamanı yaradılan məşq şəraitinin xüsusilə gənclərin idmana marağının artırılmasına, peşəkar idmançıların hazırlanmasına və sağlam həyat tərzinin təşviqinə xidmət edəcəyi bildirilib.

Mərasimdə yeni idman məkanının Slovakiyada yaşayan azərbaycanlıların idman sahəsində fəaliyyətinin genişlənməsi baxımından əhəmiyyəti vurğulanıb. Tədbirdən sonra zalda ilk məşq keçirilib.

Qeyd edək ki, idman zalı Bratislavanın Petrjalka rayonunda, Lachova 35 ünvanında yerləşir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Azərbaycanın Zəfər və Bayraq günləri Torontoda qeyd edildi

Next Article

Tahir Tağızadə: Azərbaycan Avropa ilə Asiya arasında strateji körpüyə çevrilir

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Düşənbədə Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Aysel Əlibəyli 05 İyun 2026 · 10:50 1303 baxış Tacikistanın paytaxtı Düşənbə şəhərində 28 May – Müstəqillik Günü münasibətilə Azərbaycanın səfirliyinin təşkilatçılığı ilə rəsmi qəbul baş tutub. Elpress.az AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirdə Tacikistanın […]

İğdırda Azərbaycanın Zəfər Günü böyük coşqu ilə qeyd olunur

Aysel Əlibəyli 05 Noyabr 2026 · 08:54 1042 baxış Türkiyənin İğdır şəhərində Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi Qələbəyə həsr olunan Zəfər Günü tədbirləri keçirilir. Qardaş ölkədə təşkil olunan mərasimlərdə Azərbaycan-Türkiyə dostluğu və ortaq birlik ruhu […]

Buxarestdə Zəfər Gününə həsr olunmuş rəsmi qəbul keçirilib

Aysel Əlibəyli 03 Noyabr 2026 · 20:03 1048 baxış Rumıniyanın paytaxtı Buxarestdə Azərbaycanın 8 Noyabr – Zəfər Gününə həsr olunmuş rəsmi qəbul təşkil edilib. Elpress.az xəbər verir ki, Azərbaycanın Rumıniyadakı səfirliyinin təşkilatçılığı ilə keçirilən mərasim […]