--:--:-- | 06 Noyabr 2026, Cümə
Son Xəbər
Yüklənir...

Azərbaycanın Zəfər və Bayraq günləri Torontoda qeyd edildi

Aysel Əlibəyli 06 Noyabr 2026 · 21:51 1012 baxış

Azərbaycanın milli bayramları Kanadada da qeyd olunub. Toronto şəhərində təşkil edilən mərasimdə yerli parlament üzvləri, diplomatlar, diaspor nümayəndələri və tələbələr bir araya gəliblər.

Elpress.az xəbər verir ki, 8 Noyabr – Zəfər Günü və 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə keçirilən tədbir Diasporla İş üzrə Dövlət Komitəsinin və Azərbaycanın Kanadadakı Səfirliyinin dəstəyi ilə təşkil olunub. Layihəyə “Vətən” Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzi ev sahibliyi edib.

Mərasimdə Kanada federal və əyalət parlamentlərinin üzvləri, diplomatik nümayəndələr, Azərbaycan icmasının təmsilçiləri və tələbələr iştirak ediblər. Proqram hər iki ölkənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb. Daha sonra Vətən müharibəsində həyatını itirən şəhidlərin xatirəsi ehtiramla yad olunub.

Azərbaycanın Kanadadakı müvəqqəti işlər vəkili Vüsal Süleymanov çıxışında 44 günlük müharibədə əldə edilən Qələbənin ölkəmizin tarixində xüsusi yer tutduğunu bildirib. O, azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri və Cənubi Qafqazda davamlı sülhün təmin olunması istiqamətində görülən tədbirlərdən danışıb.

Torontodakı Azərbaycan Evinin rəhbəri Lalin Həsənova isə Zəfər Gününün milli həmrəyliyin, iradənin və mübarizə əzminin ifadəsi olduğunu vurğulayıb.

Tədbirin bədii proqramında “Mənim Azərbaycanım” həftəsonu məktəbinin şagirdləri milli rəqslərimizi təqdim ediblər. Bununla da Azərbaycanın mədəni irsi və milli dəyərləri tədbir iştirakçılarına nümayiş etdirilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Sadır Japarovdan İlham Əliyevə Zəfər Günü təbriki

Next Article

Dünya çempionu soydaşımız Slovakiyada idman zalı açdı

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Pakistanın Bakıdakı səfirliyində yeni konsul

Aysel Əlibəyli 27 Avqust 2026 · 15:09 1096 baxış Rubab Kazmi mətbuat və mədəniyyət işləri üzrə konsul vəzifəsinə təyin edilib Elpress.az xəbər verir ki, Pakistanın Azərbaycandakı səfirliyində mətbuat və mədəniyyət sahələri üzrə yeni konsul fəaliyyətə […]

Azərbaycanlı yazıçının pyesi Rusiyada beynəlxalq müsabiqənin qalibi olub

Aysel Əlibəyli 18 İyun 2026 · 16:48 1229 baxış Azərbaycanlı yazıçı Vüqar Haqverdiyevin “Pis uşaqlar planeti” pyesi əsasında hazırlanan “Düzəlmə planetinə səyahət” tamaşası Rusiyada keçirilən beynəlxalq teatr müsabiqəsində yüksək nəticə əldə edib. Elpress.az Kulis.az-a istinadən […]

Azərbaycan elmi üçün mühüm uğur: Rusiyadan rəsmi tanınma

Aysel Əlibəyli 24 İyun 2026 · 23:14 1156 baxış Rusiya Təhsil Akademiyasının Ekoloji Təhsil Problemləri üzrə Elmi Şurasının plenumunda professor Nizami Məmmədov tərəfindən yaradılan “Ətraf Mühit Təhsilinin Fəlsəfəsi” elmi məktəbi rəsmi şəkildə tanınıb. Qərarda məktəbin […]