--:--:-- | 15 Oktyabr 2026, Cümə axşamı
Son Xəbər
Yüklənir...

OpenAI Azərbaycanda vergi uçotuna alınıb

Aysel Əlibəyli 27 Avqust 2026 · 15:43 1076 baxış

OpenAI ilə yanaşı, daha iki beynəlxalq rəqəmsal xidmət şirkəti Azərbaycanda ƏDV qeydiyyatına alınıb

Elpress.az xəbər verir ki, Azərbaycanda fəaliyyət göstərən beynəlxalq rəqəmsal xidmət təchizatçılarının vergi uçotuna alınması prosesi genişləndirilir. Dövlət Vergi Xidmətinin elektron qeydiyyat portalı vasitəsilə daha üç xarici şirkətin qeydiyyatı tamamlanıb.Dövlət Vergi Xidmətindən verilən məlumata görə, yeni vergi uçotuna alınan şirkətlər Niderlandın “Zoho Corporation B.V.”, ABŞ-nin “Zoom Communications, Inc.” və “OpenAI OpCo, LLC” şirkətləridir. Sözügedən şirkətlərin ƏDV məqsədləri üçün qeydiyyatı 1 sentyabr 2026-cı ildən qüvvəyə minəcək.Vergi Məcəlləsinə bu il edilən dəyişikliklərə əsasən, sentyabrdan etibarən Azərbaycanda elektron ticarət vasitəsilə xidmət göstərən və ölkə üzrə illik dövriyyəsi 10 min ABŞ dollarından çox olan qeyri-rezident rəqəmsal xidmət təchizatçılarının vergi orqanında elektron qeydiyyatdan keçməsi məcburi olacaq.Qeydiyyata alınan qeyri-rezident şirkətlər ƏDV öhdəliklərini özləri yerinə yetirəcək, vergini hesablayaraq bəyan edəcək və dövlət büdcəsinə ödəyəcəklər. Yeni qaydaya əsasən, həmin şirkətlərə edilən ödənişlər zamanı ƏDV-nin banklar tərəfindən tutulmasına ehtiyac qalmayacaq.Dövlət Vergi Xidməti bildirir ki, tətbiq edilən yeni mexanizm rəqəmsal xidmətlər sektorunda vergi inzibatçılığının daha da təkmilləşdirilməsinə, vergi öhdəliklərinin icrasının asanlaşdırılmasına və şəffaflığın artırılmasına yönəlib.Hazırda Azərbaycanda elektron ticarət formasında xidmət göstərən digər qeyri-rezident rəqəmsal xidmət təchizatçılarının da məlumatlandırılması və vergi uçotuna alınması istiqamətində işlər davam etdirilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

“Eternity-2026” təliminə hazırlıq tamamlanıb

Next Article

Xarkovda ticarət mərkəzinə dron zərbəsi: ölən və yaralananlar var

Bəlkə də, sizin üçün maraqlı olar ...;

G7 neft ehtiyatlarının bir hissəsini bazara çıxaracaq

Aysel Əlibəyli 03 Oktyabr 2026 · 08:55 1074 baxış “Böyük yeddilik” ölkələri qlobal enerji bazarında qiymət artımının və dalğalanmaların qarşısını almaq üçün əlavə neft ehtiyatlarının satışa çıxarılması barədə qərar qəbul edib. Elpress.az xəbər verir ki, […]

Kredit həyat sığortasına maraq artır

Aysel Əlibəyli 09 Avqust 2026 · 23:50 1062 baxış Kredit götürənlər gözlənilməz maliyyə risklərindən qorunmağa daha çox önəm verirlər Elpress.az xəbər verir ki, Son dövrlərdə kredit həyat sığortasına marağın artdığı müşahidə olunur. Bu tendensiyanın əsas […]

Prezidentdən Auditorlar Palatasının əməkdaşlarına təltif

Aysel Əlibəyli 16 Sentyabr 2026 · 12:10 1078 baxış Elpress.az xəbər verir ki, Azərbaycan Respublikası Auditorlar Palatasının üzvləri və əməkdaşları “Tərəqqi” medalı ilə təltif ediliblər.Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, auditor fəaliyyətinin […]

Azərbaycan-Türkiyə enerji əməkdaşlığı strateji mərhələyə çatıb

Aysel Əlibəyli 11 Sentyabr 2026 · 14:32 1066 baxış Pərviz Şahbazov: Birgə layihələr iki ölkənin enerji inteqrasiyasını gücləndirir Elpress.az xəbər verir ki, Azərbaycan-Türkiyə münasibətlərində enerji sahəsində əməkdaşlıq strateji əhəmiyyətini daha da artırıb.Energetika naziri Pərviz Şahbazov […]