--:--:-- | 09 Oktyabr 2026, Cümə
Son Xəbər
Yüklənir...

Azərbaycanda xarici onlayn xidmətlərə yeni vergi tələbi qüvvəyə minib

Aysel Əlibəyli 23 Avqust 2026 · 15:42 1058 baxış

İllik dövriyyəsi 10 min dolları keçən qeyri-rezidentlər elektron vergi uçotuna alınmalıdır

Elpress.az xəbər verir ki, Azərbaycanda elektron ticarət qaydasında iş və xidmətlər təqdim edən xarici şirkətlər üçün yeni vergi tələbləri qüvvəyə minib.Qanuna edilmiş dəyişikliklərə əsasən, Azərbaycandakı alıcılara elektron formada xidmət göstərən qeyri-rezidentlərin ölkədəki dövriyyəsi təqvim ili ərzində 10 000 ABŞ dollarının manat ekvivalentini keçdikdə onlar 30 gün ərzində elektron qaydada vergi uçotuna alınmalıdırlar.Dövriyyəsi müəyyən edilmiş həddən aşağı olan qeyri-rezidentlərin isə elektron vergi uçotuna alınması könüllü əsasda həyata keçirilə bilər.Yeni qaydalar bütün onlayn xidmətlərə şamil edilmir. Elektron poçt və digər interaktiv vasitələrlə göstərilən məsləhət, hüquq, maliyyə, mühasibat, dizayn və mühəndislik xidmətləri, həmçinin internet üzərindən real vaxt rejimində tədris və təlim xidmətləri bu kateqoriyaya daxil edilmir. Elm, təhsil, mədəniyyət, idman və əyləncə tədbirlərinə biletlərin onlayn sifarişi də elektron ticarət qaydasında təqdim olunan xidmətlərə aid edilməyəcək.Qeyd olunur ki, müvafiq qaydada vergi uçotuna alınan qeyri-rezidentlər üçün ƏDV qeydiyyatı, bəyannamələrin təqdim edilməsi və verginin ödənilməsi ilə bağlı prosedurlar səlahiyyətli qurum tərəfindən müəyyənləşdiriləcək.Vergi uçotuna alınmış qeyri-rezidentlər göstərilən xidmətlər üzrə ƏDV-ni hər hesabat dövründən sonrakı ayın son gününədək dövlət büdcəsinə ödəməlidirlər.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi keçirilib

Next Article

Manuel Noyer Almaniya futbolunun rekordçusu olub

Bəlkə də, sizin üçün maraqlı olar ...;

AMB BOKT-lar üçün yeni borclanma hədləri müəyyən edib

Aysel Əlibəyli 12 Sentyabr 2026 · 15:59 1068 baxış BOKT-ların öhdəliklərinin kapitala nisbəti üzrə 1, 3 və 10 misli hədlər tətbiq olunacaq Elpress.az xəbər verir ki, Azərbaycanda bank olmayan kredit təşkilatlarının (BOKT) borclanması ilə bağlı […]

İran liderindən diqqətçəkən açıqlama

Aysel Əlibəyli 03 İyun 2026 · 21:43 1184 baxış İran Prezidenti dayanıqlı ərzaq təhlükəsizliyinin təmin olunması üçün beynəlxalq iqtisadi proseslərdə daha fəal iştirakın vacibliyini vurğulayıb. Elpress.az Axar.az-a istinadən xəbər verir ki, bunu Məsud Pezeşkian bildirib.Prezident […]

Qaradağda yeni Günəş Elektrik Stansiyası fəaliyyətə başladı

Aysel Əlibəyli 16 Sentyabr 2026 · 12:29 1078 baxış Elpress.az xəbər verir ki, Prezident İlham Əliyev sentyabrın 16-da Qaradağ rayonunda 100 MVt gücündə “Qobustan” Günəş Elektrik Stansiyasının açılışında iştirak edib. Dövlət başçısına stansiya, layihəni həyata […]

Bu rüsumun məbləği müəyyən olunur.

Aysel Əlibəyli 26 May 2026 · 13:37 1190 baxış Maliyyə icarəsi fəaliyyəti göstərmək istəyən şəxslərin maliyyə icarəsi verənlərin reyestrinə qeydiyyata alınması üçün tətbiq olunan dövlət rüsumunun məbləği müəyyən edilir. Elpress.az-ın Qafqazinfo.az-a istinadən verdiyi məlumata əsasən, […]