--:--:-- | 04 Noyabr 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

Qaradağda yeni Günəş Elektrik Stansiyası fəaliyyətə başladı

Aysel Əlibəyli 16 Sentyabr 2026 · 12:29 1142 baxış

Elpress.az xəbər verir ki, Prezident İlham Əliyev sentyabrın 16-da Qaradağ rayonunda 100 MVt gücündə “Qobustan” Günəş Elektrik Stansiyasının açılışında iştirak edib.


Dövlət başçısına stansiya, layihəni həyata keçirən “Universal Energy” şirkəti və onun Azərbaycandakı fəaliyyəti barədə məlumat verilib. Bildirilib ki, Şanxayda yaradılan şirkət yaşıl enerji və enerji saxlanc sistemləri üzrə layihələr həyata keçirir.
“Qobustan” Günəş Elektrik Stansiyası Azərbaycanda hərrac yolu ilə reallaşdırılan ilk layihədir. Layihənin icrası üçün 2024-cü ildə keçirilən hərracın qalibi Çinin “Universal International Holdings Limited” şirkəti olub.
Stansiyada günəş panelləri, sahə invertorları və transformatorlar quraşdırılıb, kabelləşdirmə işləri tamamlanıb.
İstismara verildikdən sonra stansiyada ildə təxminən 200 milyon kilovat-saat elektrik enerjisi istehsal ediləcəyi gözlənilir. Bu, hər il təxminən 45 milyon kubmetr təbii qaza qənaət etməyə və atmosferə atılan karbon emissiyalarını 97 min ton azaltmağa imkan verəcək.
Stansiyanın fəaliyyəti ilə Azərbaycanda bərpaolunan enerji mənbələrinin ümumi gücü 2170 MVt-a, bu sahədə fəaliyyət göstərən stansiyaların sayı isə 85-ə çatacaq. Bərpaolunan enerji mənbələrinin ölkənin ümumi enerji gücündə payı təxminən 20,8 faiz təşkil edəcək.
Qeyd edək ki, 2027-ci ilin sonunadək Azərbaycanda ümumi gücü təxminən 1,5 QVt olan bərpaolunan enerji layihələrinin həyata keçirilməsi nəzərdə tutulur.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Prezidentdən Auditorlar Palatasının əməkdaşlarına təltif

Next Article

Siyasi şərhçi: Azərbaycanın 30 illik təcrübəsi beynəlxalq hüquqla bağlı mühüm nəticələr ortaya qoyub

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Bitcoin 62 min dolları geridə qoydu

Aysel Əlibəyli 11 İyun 2026 · 08:03 1158 baxış Kriptovalyuta bazarında son günlər müşahidə olunan geriləmədən sonra yenidən artım tendensiyası qeydə alınıb. Elpress.az APA-Economics-ə istinadən xəbər verir ki, qlobal kriptovalyuta bazarının ümumi kapitallaşması son 24 […]

Türkiyə də buğda istehsalında tarixi rekord gözləntisi.

Aysel Əlibəyli 30 May 2026 · 19:20 1226 baxış Yağıntılı mövsüm Türkiyə də fermerlərinə rekord buğda məhsulu ümidi verib Elpress.az-ın Azərtac.az-a istinadən verdiyi məlumata əsasən, Türkiyə də son aylarda yağıntıların həcmi son 66 ilin ən […]

Qida təhlükəsizliyi üzrə Dövlət Proqramı təsdiqlənib

Aysel Əlibəyli 10 Sentyabr 2026 · 15:18 1072 baxış 2027-2032-ci illər üçün qida təhlükəsizliyi tədbirlərinin əsas istiqamətləri müəyyənləşdirilib Elpress.az xəbər verir ki, Prezident İlham Əliyev Azərbaycanda qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027-2032-ci illər üçün Dövlət […]