--:--:-- | 29 Sentyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

Azərbaycan Almatıda turizm sərgisində təbliğ olunur

Elşən 23 Aprel 2026 · 18:16 1135 baxış

Azərbaycan Turizm Bürosu Qazaxıstanın Almatı şəhərində keçirilən Kazakhstan International Tourism Fair 2026 sərgisində ölkəmizi təmsil edir.

Sərgidə, Azərbaycan Hava Yolları (AZAL) da daxil olmaqla ümumilikdə 10 yerli turizm qurumu iştirak edir və Azərbaycan müxtəlif mövsümlərdə səfər üçün cəlbedici istiqamət kimi təqdim olunur.

Ziyarətçilərə ölkənin mədəni turizm imkanları, aktiv və macəra turizmi, sağlamlıq turizmi, eləcə də işgüzar səfərlər (MICE) sahəsində potensialı barədə geniş məlumat verilir.

Səfər proqramı çərçivəsində Qazaxıstandan olan 40 turizm nümayəndəsi üçün xüsusi təqdimat da təşkil edilib.

Tədbir, 20-dən artıq turizm şirkəti və turoperatorun qatıldığı, əməkdaşlıq perspektivlərinin müzakirə olunduğu işgüzar şam yeməyi ilə başa çatıb.

Statistikaya görə, 2026-cı ilin ilk üç ayında Qazaxıstandan Azərbaycana gələn turistlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 8,3 faiz artaraq 19 762 nəfərə çatıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Heydər Əliyevin regional inkişaf irsi müzakirə olunub

Next Article

Qriqoryan: Azərbaycan-Ermənistan sülhü qarşılıqlı etimada əsaslanır

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Bitcoin 62 min dolları geridə qoydu

Aysel Əlibəyli 11 İyun 2026 · 08:03 1128 baxış Kriptovalyuta bazarında son günlər müşahidə olunan geriləmədən sonra yenidən artım tendensiyası qeydə alınıb. Elpress.az APA-Economics-ə istinadən xəbər verir ki, qlobal kriptovalyuta bazarının ümumi kapitallaşması son 24 […]

Azərbaycanda kriptoaktivlərlə bağlı yeni tələb: lisenziya məcburi olacaq

Aysel Əlibəyli 29 İyun 2026 · 13:20 1130 baxış Elpress.az xəbər verir ki, Azərbaycanda qəbul edilməsi nəzərdə tutulan kriptovalyuta haqqında qanun layihəsinə əsasən, kriptoaktivlərlə bağlı fəaliyyət göstərmək istəyən təşkilatlar mütləq qaydada Azərbaycan Mərkəzi Bankından lisenziya […]