--:--:-- | 29 Sentyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

Heydər Əliyevin regional inkişaf irsi müzakirə olunub

Elşən 23 Aprel 2026 · 18:08 1134 baxış

Aprelin 23-də Milli Məclisin Regional məsələlər komitəsinin təşəbbüsü ilə “Azərbaycanda regionların, yerli demokratiyanın və özünüidarəetmənin inkişafında Heydər Əliyev irsi” mövzusuna həsr olunmuş konfrans təşkil olunub.

ELPress.az-ın Azərtac-a istinadən verdiyi xəbərə görə, tədbirdə çıxış edən Siyavuş Novruzov bildirib ki, Heydər Əliyevin dövlətçilik irsi ölkənin bütün sahələrində olduğu kimi, regionların inkişafı, idarəetmə sisteminin təkmilləşdirilməsi və yerli özünüidarə institutlarının formalaşmasında da mühüm əhəmiyyət kəsb edib. O vurğulayıb ki, Ulu Öndərin rəhbərliyi dövründə regionların sosial-iqtisadi inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biri olub.

Çıxış zamanı qeyd edilib ki, Heydər Əliyev mütəmadi olaraq bölgələrə səfərlər edir, yerli vəziyyəti şəxsən araşdırır və inkişafın təmin olunması üçün məqsədyönlü qərarlar qəbul edirdi. Həmin dövrdə regionlarda geniş infrastruktur layihələri həyata keçirilib, yollar çəkilib, təhsil və səhiyyə müəssisələri tikilib, yeni istehsal sahələri yaradılıb.

Siyavuş Novruzov əlavə edib ki, bu siyasət bu gün də İlham Əliyevin rəhbərliyi ilə ardıcıl şəkildə davam etdirilir.

Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov isə çıxışında bildirib ki, Azərbaycanda hüquqi və demokratik dövlət quruculuğu, müstəqil institutların təşəkkülü, eləcə də yerli özünüidarə və vətəndaş cəmiyyəti strukturlarının formalaşması məhz Heydər Əliyevin adı ilə bağlıdır. Onun sözlərinə görə, yerli demokratiyanın hüquqi bazası 1995-ci ildə qəbul olunmuş Azərbaycan Konstitusiyası ilə müəyyən edilib və sonrakı qanunvericilik aktları bu sistemi daha da möhkəmləndirib.

O, həmçinin qeyd edib ki, müasir dövrdə İlham Əliyevin rəhbərliyi ilə regional inkişaf proqramları uğurla icra olunur, yerli özünüidarəetmə mexanizmləri təkmilləşdirilir və demokratik institutlar gücləndirilir.

Daha sonra Milli Məclisin komitə sədri Azər Əmiraslanov “Heydər Əliyev – Azərbaycanda regional inkişaf strategiyasının banisi” mövzusunda çıxış edərək bildirib ki, Ulu Öndərin müəyyən etdiyi iqtisadi yanaşma bu gün də aktuallığını qoruyur. Onun sözlərinə görə, həmin strategiya regionların balanslı və davamlı inkişafına yönəlib, iqtisadi potensialın səmərəli istifadəsinə və sənayeləşmənin genişlənməsinə şərait yaradıb.

Tədbirdə Ədliyyə Nazirliyinin nümayəndəsi Elmin Həsənov “2026 – Şəhərsalma və Memarlıq İli: bələdiyyələr qarşısında duran vəzifələr” mövzusunda çıxış edərək bildirib ki, bu təşəbbüs yerli idarəetmə orqanları üçün yeni çağırışlar yaradır. O vurğulayıb ki, bələdiyyələr şəhərsalma məsələlərinə daha məsuliyyətli yanaşmalı və fəaliyyətlərini müasir tələblərə uyğun qurmalıdırlar.

Sonda Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyasının nümayəndəsi Adil Əhmədov rəqəmsallaşma mövzusuna toxunaraq bələdiyyələrin fəaliyyətində rəqəmsal həllərin tətbiqi, əldə edilən nailiyyətlər və gələcək hədəflər barədə məlumat verib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Azərbaycan millisi 2 qızıl, 3 bürünc medal və 133 xalla Avropa çempionu olub.

Next Article

Azərbaycan Almatıda turizm sərgisində təbliğ olunur

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Avqustun hava proqnozu açıqlanıb

Aysel Əlibəyli 30 İyul 2026 · 16:52 1068 baxış Avqustda Azərbaycanda isti hava üstünlük təşkil edəcək — temperatur 41°C-yə çatacaq Elpress.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti avqust ayı üçün ölkə üzrə gözlənilən hava şəraitinə […]

Ölkədə yağışlı və küləkli hava müşahidə olunur

Aysel Əlibəyli 07 Sentyabr 2026 · 17:02 1034 baxış Bir sıra rayonlarda leysan yağır, şimşək çaxır və güclü külək əsir Elpress.az xəbər verir ki, Azərbaycanın bir sıra ərazilərində hava şəraiti dəyişib, yağış və külək müşahidə […]

Naxçıvanda bəzi ərazilərdə elektrik kəsiləcək

Aysel Əlibəyli 19 Avqust 2026 · 20:30 1048 baxış Şəhərin bir sıra küçə və yaşayış məntəqələrində elektrik enerjisi bir saatlıq dayandırılacaq Elpress.az xəbər verir ki, Naxçıvan şəhərinin bir sıra ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti fasilə […]

Bu il 116 mindən çox şagird məzun olur

Aysel Əlibəyli 11 İyun 2026 · 18:17 1120 baxış Bu il ölkə üzrə 116 min 550 şagird məzun olur Bu il ölkə üzrə 116 min 550 şagird məzun adını qazanır 🎓 Onların 55 min 954-ü […]