--:--:-- | 05 Oktyabr 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Azərbaycanda “Limitless Drive” layihəsi çərçivəsində 30 min kilometrlik sürüş testi başlayıb

Aysel Əlibəyli 11 Avqust 2026 · 11:59 1054 baxış

Elpress.az xəbər verir ki, Azərbaycanda avtomobil sənayesində yeni layihəyə start verilib.“Limitless Drive” layihəsi çərçivəsində JAECOO J8 modeli 30 gün ərzində 7/24 rejimində ümumilikdə 30 min kilometr məsafə qət edərək uzunmüddətli sürüş testindən keçiriləcək.

Layihənin məqsədi avtomobilin fasiləsiz və uzunmüddətli istismar şəraitində imkanlarını real yol şəraitində nümayiş etdirməkdir. Test müddətində JAECOO J8-in yanacaq və enerji sərfiyyatı, dözümlülüyü, uzunmüddətli istismara davamlılığı və digər texniki göstəriciləri sınaqdan keçiriləcək.

Layihə çərçivəsində avtomobil Bakı şəhəri və Azərbaycanın müxtəlif regionlarını əhatə edən əvvəlcədən müəyyənləşdirilmiş marşrut üzrə hərəkət edəcək.Maraqlı məqamlardan biri isə test prosesinin izləyicilər üçün də açıq olmasıdır. Layihənin gedişatı sosial media platformalarında 7/24 rejimində izlənilə biləcək.

Avtomobilin keçdiyi marşrut, gündəlik nəticələr və sınağın gedişi barədə məlumatlar mütəmadi paylaşılacaq.Bundan əlavə, layihə müddətində müxtəlif viktorinalar, interaktiv müsabiqələr və xüsusi aktivliklərin keçirilməsi, qaliblərə isə sponsorlar tərəfindən hədiyyələrin təqdim olunması nəzərdə tutulur.

Qeyd edək ki, “Limitless Drive” layihəsinin rəsmi təqdimatı ilə bağlı Bakıda mətbuat konfransı keçirilib. Tədbirdə layihənin məqsədləri, formatı və 30 günlük sürüş testinin əsas mərhələləri barədə media nümayəndələrinə məlumat verilib.

Mətbuat konfransında iMotors şirkətinin direktoru Əli Əhədov, layihənin rəhbəri Kənan Əli və layihənin aparıcısı Eygün Xidirov iştirak ediblər.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Günəş tutulması Avropada elektrik enerjisi istehsalını azaldacaq

Next Article

Uitkoff: Cənubi Qafqazda sülh prosesində yeni mərhələ başlayıb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Naxçıvanda bərpaolunan enerjidən elektrik istehsalı 44,6 faiz artıb

Aysel Əlibəyli 29 Sentyabr 2026 · 14:50 1046 baxış Yanvar-avqust aylarında elektrik enerjisinin 59,7 faizi alternativ mənbələr hesabına istehsal olunub Elpress.az xəbər verir ki, 2026-cı ilin yanvar-avqust aylarında Naxçıvan Muxtar Respublikasında 360 133,4 MVt/saat əmtəəlik […]

2027-ci ilin büdcəsində sosial xərclərin payı açıqlanıb

Aysel Əlibəyli 24 Sentyabr 2026 · 17:46 1072 baxış Azərbaycanın 2027-ci il dövlət büdcəsində sosialyönlü xərclərin xüsusi çəkisinin 44 faiz təşkil etməsi nəzərdə tutulur. Elpress.az xəbər verir ki, Bu barədə Baş nazir Əli Əsədov Nazirlər […]

Mərkəzi Bank bu günün valyuta məzənnələrini açıqlayıb

Aysel Əlibəyli 08 Sentyabr 2026 · 09:16 1038 baxış Elpress.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankı sentyabrın 8-i üçün əsas xarici valyutaların manata nisbətdə rəsmi məzənnələrini müəyyənləşdirib.ABŞ dollarının məzənnəsi əvvəlki göstərici ilə müqayisədə dəyişməyərək 1,7000 […]

ADY Çinlə yeni lokomotiv razılaşması imzalayıb

Aysel Əlibəyli 23 İyun 2026 · 14:12 1106 baxış Azərbaycan Dəmir Yolları (ADY) lokomotiv parkının yenilənməsi məqsədilə Çin Xalq Respublikasında yeni əməkdaşlıq addımları atıb. ADY nümayəndə heyəti səfər çərçivəsində CRRC Ziyang Co., Ltd şirkətinin rəhbərliyi […]