--:--:-- | 23 Oktyabr 2026, Cümə
Son Xəbər
Yüklənir...

Azərbaycan yeni investisiyalar üçün investorların diqqətini çəkir

Aysel Əlibəyli 26 Sentyabr 2026 · 14:16 1082 baxış

İqor Yakovenko: Xarici investorlar Azərbaycanda layihələrə maraq göstərirlər

Elpress.az xəbər verir ki, Azərbaycan yeni investisiya layihələrinin həyata keçirilməsi baxımından xarici investorların diqqətini cəlb edir.Bunu “Azel Systems” şirkətinin nümayəndəsi İqor Yakovenko II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində bildirib.Onun sözlərinə görə, forum yüksək səviyyədə təşkil olunub və tədbirdən təəssüratları müsbətdir. Yakovenko Prezident İlham Əliyevin forumdakı çıxışının Azərbaycan və regiondakı mövcud vəziyyətlə bağlı geniş məlumat verdiyini qeyd edib.Şirkət nümayəndəsi bildirib ki, forum çərçivəsində imzalanan investisiya layihələri ölkə iqtisadiyyatının inkişafına və yeni iş yerlərinin yaradılmasına töhfə verə bilər.O qeyd edib ki, tədbir zamanı Birləşmiş Ərəb Əmirlikləri və bir sıra Avropa ölkələrindən olan investorlarla görüşlər keçirib. Onun sözlərinə görə, həmin investorların əksəriyyəti Azərbaycanda yeni layihələrin həyata keçirilməsinə müsbət yanaşır və bu imkanları ciddi şəkildə nəzərdən keçirir.Yakovenko əlavə edib ki, beynəlxalq reytinq agentliklərinin Azərbaycanın kredit reytinqlərini təsdiqləməsi də ölkənin investisiya mühitinə təsir göstərən amillər sırasındadır.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində sənədlər mübadiləsi aparılıb

Next Article

Gürcüstan millisində baş məşqçi istefa verib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

İqtisadi Şuradan Ələt Zonasına yeni tapşırıqlar

Aysel Əlibəyli 11 İyun 2026 · 18:00 1200 baxış İyunun 11-də Baş nazir Əli Əsədovin rəhbərliyi ilə İqtisadi Şuranın növbəti iclası baş tutub. Görüş zamanı ölkənin iqtisadi inkişafı ilə bağlı mühüm məsələlər müzakirə olunub və […]

İşsizlikdən sığorta üzrə yığımlar artmaqda davam edir

Aysel Əlibəyli 07 İyul 2026 · 09:19 1140 baxış Bu ilin ilk altı ayında Azərbaycanda işsizlikdən sığorta haqları üzrə daxilolmalar 122,1 milyon manata çatıb. Elpress.az xəbər verir ki, Dövlət Vergi Xidmətinin məlumatına görə, bu göstərici […]

Naxçıvanda 6 981 qadın sahibkar fəaliyyət göstərir

Aysel Əlibəyli 18 Sentyabr 2026 · 12:33 1092 baxış Muxtar respublikada aktiv fiziki sahibkarların sayı 24 608 nəfərdir Elpress.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında hazırda 24 608 aktiv fiziki sahibkar fəaliyyət göstərir. Onların 6 […]