Villi Sanyolun yerinə Ramaz Svanadze təyin olunub
Elpress.az xəbər verir ki, Gürcüstanın futbol üzrə milli komandasının baş məşqçisi Villi Sanyol vəzifəsindən ayrılıb.Fransalı mütəxəssisin istefasından sonra komandanın baş məşqçisi postuna Ramaz Svanadze gətirilib. 45 yaşlı məşqçi ilə 2028-ci ilin sonuna qədər müqavilə imzalanıb.Svanadze bu təyinata qədər Gürcüstanın U-21 millisində baş məşqçi kimi fəaliyyət göstərib.Villi Sanyolun istefasının Gürcüstan yığmasının Millətlər Liqasında keçirdiyi ilk oyunda Şimali İrlandiyaya 0:1 hesabı ilə məğlub olması ilə əlaqəli olduğu bildirilir.Sanyol 2021-ci ilin fevralından Gürcüstan millisinin baş məşqçisi idi. Onun rəhbərliyi altında komanda 57 qarşılaşma keçirib və 2024-cü ildə tarixində ilk dəfə Avropa çempionatının final mərhələsində iştirak etmək hüququ qazanıb.


