--:--:-- | 06 Noyabr 2026, Cümə
Son Xəbər
Yüklənir...

Sentyabrdan qeyri-neft-qaz məhsullarını ixrac edən sahibkarlara kompensasiya ödəniləcək

Aysel Əlibəyli 04 Avqust 2026 · 12:33 1166 baxış

Qeyri-neft-qaz məhsullarının ixracını həyata keçirən mikro, kiçik və orta sahibkarlıq subyektlərinə gömrük rəsmiləşdirilməsi xərclərinin bir hissəsinin dövlət tərəfindən kompensasiya olunmasına başlanılacaq.

Elpress.az xəbər verir ki, bunu deputat Vüqar Bayramov bildirib.Onun sözlərinə görə, Prezident İlham Əliyevin imzaladığı “Qeyri-neft-qaz malları üzrə ixracın dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmana əsasən, kompensasiyalar gələn aydan tətbiq ediləcək.

Deputat qeyd edib ki, kompensasiyalardan Azərbaycan mənşəli qeyri-neft-qaz məhsullarını ixrac edən mikro, kiçik və orta sahibkarlar faydalana biləcəklər. Dəstək gömrük rəsmiləşdirilməsi xərclərinin bir hissəsini əhatə edəcək.

Bildirilib ki, kompensasiyaların məbləği gömrük dəyəri üzrə tətbiq edilən yığım hədlərinə uyğun hesablanacaq. Dəstək 2026-cı il sentyabrın 1-dən 2031-ci il sentyabrın 30-dək həyata keçiriləcək ixrac əməliyyatlarına şamil olunacaq.

Vüqar Bayramov vurğulayıb ki, yeni mexanizm ixracatçı sahibkarların dövlət tərəfindən daha yaxından dəstəklənməsinə, qeyri-neft-qaz ixracının genişlənməsinə və yeni bazarlara çıxış imkanlarının artırılmasına xidmət edəcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Mikayıl Cabbarov “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

Next Article

Ceyhun Bayramov ATƏT-in fəaliyyətdə olan sədrini qarşıladı

Bəlkə də, sizin üçün maraqlı olar ...;

SOCAR 7 ayda 175,7 milyon dollarlıq qeyri-neft məhsulu ixrac edib

Aysel Əlibəyli 28 Avqust 2026 · 13:52 1088 baxış SOCAR-ın qeyri-neft ixracında illik müqayisədə 28 faizdən çox azalma qeydə alınıb Elpress.az xəbər verir ki, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin cari […]

Sağlam qadın, sağlam gələcək: maarifləndirici görüş

Aysel Əlibəyli 09 İyun 2026 · 18:00 1204 baxış Azərlotereya” ASC-nin həyata keçirdiyi “Media klub” layihəsi çərçivəsində növbəti maarifləndirici tədbir baş tutub. Elpress.az-ın Qafqazinfo.az-a istinadən verdiyi məlumata əsasən, “Media klub” layihəsinin növbəti tədbiri bu dəfə […]

Akvakultura təsərrüfatları üçün dövlət rüsumu müəyyənləşib

Aysel Əlibəyli 27 Avqust 2026 · 15:56 1102 baxış Qeydiyyat şəhadətnaməsinin verilməsi üçün 70 manat rüsum tutulacaq Elpress.az xəbər verir ki, Akvakultura təsərrüfatlarının qeydiyyat şəhadətnaməsinin alınması üçün ödəniləcək dövlət rüsumunun məbləği müəyyən edilib.Yeni qaydaya əsasən, […]