--:--:-- | 04 Noyabr 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

Naxçıvanda 6 981 qadın sahibkar fəaliyyət göstərir

Aysel Əlibəyli 18 Sentyabr 2026 · 12:33 1118 baxış

Muxtar respublikada aktiv fiziki sahibkarların sayı 24 608 nəfərdir

Elpress.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında hazırda 24 608 aktiv fiziki sahibkar fəaliyyət göstərir. Onların 6 981-ni qadınlar təşkil edir.Bu barədə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova Naxçıvan Qadın Sahibkarlar Forumunda çıxışı zamanı məlumat verib.Bildirilib ki, qadınların dayanıqlı inkişafının təmin edilməsi, xüsusilə kənd yerlərində yaşayan qadınların özünüməşğulluğunun artırılması istiqamətində müxtəlif tədbirlər həyata keçirilir.Qadınların bilik və bacarıqlarının inkişaf etdirilməsi, iqtisadi fəallığının artırılması və gəlir əldə etmək imkanlarının genişləndirilməsi dəstək proqramlarının əsas istiqamətlərindəndir.Qeyd olunub ki, bu tədbirlər qadınların əmək bazarında və sahibkarlıq fəaliyyətində daha fəal iştirakına imkan yaradır. Eyni zamanda, qadınların iqtisadi fəallığının yüksəlməsi onların ailə büdcəsinə verdiyi töhfənin artmasına şərait yaradır.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Filippində məktəbdə atışma: 6 nəfər ölüb

Next Article

Bu ilin 8 ayında pensiya ödənişlərinə 5,2 milyard manat ayrılıb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

İran neft satışından 7,5 milyard dollar gəlir əldə edib

Aysel Əlibəyli 19 Avqust 2026 · 14:31 1088 baxış Neft gəlirlərindən Mərkəzi Banka 7,5 milyard dollar vəsait köçürülüb Elpress.az xəbər verir ki, İran cari ilin ilk dörd ayı ərzində neft satışından 7,5 milyard ABŞ dolları […]

Azərbaycan–Qırğızıstan iş birliyində yeni mərhələ

Aysel Əlibəyli 02 İyun 2026 · 11:45 1234 baxış Azərbaycan–Qırğızıstan İşgüzar Şurasının tərkibinin formalaşdırılması iki ölkə arasında iqtisadi və ticari əlaqələrin daha da gücləndirilməsi, sahibkarlıq mühitinin inkişaf etdirilməsi və qarşılıqlı investisiya imkanlarının genişləndirilməsi istiqamətində mühüm […]

Azərbaycanda kriptoaktivlərlə bağlı yeni tələb: lisenziya məcburi olacaq

Aysel Əlibəyli 29 İyun 2026 · 13:20 1192 baxış Elpress.az xəbər verir ki, Azərbaycanda qəbul edilməsi nəzərdə tutulan kriptovalyuta haqqında qanun layihəsinə əsasən, kriptoaktivlərlə bağlı fəaliyyət göstərmək istəyən təşkilatlar mütləq qaydada Azərbaycan Mərkəzi Bankından lisenziya […]