--:--:-- | 25 İyun 2026, Cümə axşamı
Son Xəbər
Yüklənir...

Assosiasiya sədri: Meyvə-tərəvəz və istixana sektorunun inkişaf hədəfləri böyük əhəmiyyət daşıyır.

Aysel Əlibəyli 30 May 2026 · 17:09 116 baxış

Prezident İlham Əliyevin aqrar sahəyə göstərdiyi davamlı diqqət və dəstəyin nəticəsi olaraq qəbul edilən “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” yüksək qiymətləndirilir. Sənəd hazırlanarkən dövlət qurumları, assosiasiyalar və istehsalçılar arasında geniş müzakirələr aparılıb, sektorun real ehtiyacları və təklifləri nəzərə alınıb.

Elpress.az-ın Azərtac.az-a istinadən verdiyi məlumata əsasən, Azərbaycan Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Bəşir Quliyev bildirib ki, Prezident İlham Əliyevin aqrar sahəyə göstərdiyi davamlı diqqət və dəstəyin nəticəsi olaraq qəbul edilən “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” sektorun inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, proqramın hazırlanması zamanı dövlət qurumları, assosiasiyalar və istehsalçılar arasında geniş müzakirələr aparılıb, sahənin real ehtiyac və təklifləri nəzərə alınıb.Assosiasiya sədri vurğulayıb ki, sənəddə meyvə-tərəvəz və istixana sektorunun inkişafı, ixrac imkanlarının genişləndirilməsi, yeni bazarlara çıxışın artırılması və müasir texnologiyaların tətbiqi ilə bağlı müəyyən edilən hədəflər xüsusi önəm daşıyır. O qeyd edib ki, Dövlət Proqramının həyata keçirilməsi Azərbaycanın meyvə-tərəvəz məhsullarının ixrac potensialından daha səmərəli istifadə olunmasına, beynəlxalq bazarlarda rəqabət qabiliyyətinin güclənməsinə və kənd yerlərində dayanıqlı iqtisadi inkişafın sürətlənməsinə töhfə verəcək. 🌱📈🍅

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Türkiyə Yaponiya ilə müdafiə əməkdaşlığını genişləndirmək istəyir.

Next Article

Qurbanovdan “Qarabağ”la əlaqədar mühüm qərar

Bəlkə də, sizin üçün maraqlı olar ...;

“Azeri Light” yenidən bahalaşır: qiymət 99 dollara çatdı

Aysel Əlibəyli 06 İyun 2026 · 10:10 98 baxış Qlobal enerji bazarlarında Azərbaycan neftinin qiymətində azalma müşahidə edilib. Elpress.az xəbər verir ki, “Azeri Light” markalı neftin bir bareli əvvəlki göstərici ilə müqayisədə 1,13 ABŞ dolları […]