--:--:-- | 06 Noyabr 2026, Cümə
Son Xəbər
Yüklənir...

Türkiyə Yaponiya ilə müdafiə əməkdaşlığını genişləndirmək istəyir.

Aysel Əlibəyli 30 May 2026 · 17:04 1228 baxış

Türkiyə və Yaponiya arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın dərinləşdirilməsi planlaşdırılır.

Elpress.az-ın Apa.az-a istinadən verdiyi məlumata əsasən, Türkiyənin xarici işlər naziri Hakan Fidan Yaponiyanın “Nikkei Asia” nəşrinə müsahibəsində bildirib ki, Ankara Yaponiya ilə müdafiə sənayesi sahəsində əməkdaşlığı daha da genişləndirməyi hədəfləyir.Nazir vurğulayıb ki, Türkiyə pilotsuz uçuş aparatlarının istehsalında qabaqcıl ölkələrdən biri hesab olunur və bu sahədə Tokio ilə əlaqələrin inkişafına xüsusi önəm verir.Fidanın sözlərinə görə, Türkiyə və Yaponiya bir-birini tamamlayan imkanlara malikdir və hər iki tərəf üçün faydalı olacaq əməkdaşlıq potensialı kifayət qədər yüksəkdir.O qeyd edib ki, Türkiyənin PUA və dron texnologiyaları müxtəlif əməliyyat şəraitlərində sınaqdan uğurla çıxıb. Bu texnologiyalar xüsusilə sahil və sərhəd təhlükəsizliyi istiqamətində Yaponiya ilə birgə layihələrin və ortaq istehsalın həyata keçirilməsi üçün geniş imkanlar yaradır.Nazir həmçinin Türkiyə ilə Yaponiya arasında sosial təminat sazişi üzrə aparılan danışıqlarda müsbət irəliləyişlərin əldə olunduğunu açıqlayıb. Onun sözlərinə görə, son görüşlər uğurlu keçib və tərəflər yaxın zamanda yekun razılığa gələcəklərinə ümid edirlər.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

DÇ-2026-nın ən bahalı millisi müəyyənləşdi

Next Article

Assosiasiya sədri: Meyvə-tərəvəz və istixana sektorunun inkişaf hədəfləri böyük əhəmiyyət daşıyır.

Bəlkə də, sizin üçün maraqlı olar ...;

“Qızıl mədənində faciə: Ölənlər var”

Aysel Əlibəyli 24 May 2026 · 21:38 1205 baxış Anqolada şimal-qərb bölgəsindəki qeyri-qanuni qızıl şaxtasında baş verən torpaq sürüşməsi nəticəsində azı 28 nəfər həlak olub. Bu barədə Anqola İnformasiya Agentliyi Benqo vilayətinin yerli hakimiyyət orqanlarına […]

Avropada sosial narazılıq artır: etirazların səbəbi nədir?

Aysel Əlibəyli 19 Oktyabr 2026 · 13:21 1106 baxış Avropanın bir sıra ölkələrində vətəndaşlar bahalaşma, mənzilə çıxışın çətinləşməsi və ictimai xidmətlərlə bağlı problemlərə etiraz edirlər. Tələbələrin, həmkarlar ittifaqlarının və digər sosial qrupların qatıldığı aksiyalarda hökumətlərin […]

“Şencou-21” missiyası başa çatdı

Aysel Əlibəyli 29 May 2026 · 23:56 1160 baxış Çinin kosmik stansiyasında altı aylıq missiyasını başa vuran “Şencou-21” ekipajı Yerə qayıdıb. Elpress.az Çin Kosmos Agentliyinə istinadən xəbər verir ki, astronavtlar Can Lu, Vu Fey və […]

İran İsrailə ultimatum verdi: Livandan tezliklə çıxın

Aysel Əlibəyli 28 İyun 2026 · 17:47 1180 baxış Elpress.az xəbər verir ki, İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf ilə Livan parlamentinin spikeri Nəbih Berri arasında telefon danışığı baş tutub. Tərəflər bölgədəki son vəziyyəti, xüsusilə […]