--:--:-- | 21 Oktyabr 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

ADY 8 ayda 7,3 milyondan çox sərnişin daşıyıb

Aysel Əlibəyli 04 Sentyabr 2026 · 12:43 1092 baxış

Dəmir yolu ilə sərnişindaşıma ötən ilin eyni dövrü ilə müqayisədə 18 faiz artıb

Elpress.az xəbər verir ki, Azərbaycan Dəmir Yolları ilin ilk səkkiz ayı ərzində 7,3 milyondan çox sərnişinə xidmət göstərib.Yanvar-avqust aylarında sərnişindaşıma göstəricisi ötən ilin müvafiq dövrü ilə müqayisədə 18 faiz artıb. Sərnişinlərin böyük hissəsi Abşeron dairəvi dəmir yolundan istifadə edib. Bu marşrut üzrə 6,9 milyon sərnişin səfər edib ki, bu da illik müqayisədə 17 faiz çoxdur.Rayonlararası qatarlarla 396 min sərnişin daşınıb və bu istiqamətdə 15 faizlik artım qeydə alınıb. Bakı–Tbilisi–Bakı beynəlxalq marşrutu üzrə isə 53 min sərnişin səfər edib.Avqust ayında da sərnişindaşıma göstəricilərində artım müşahidə olunub. Ay ərzində 913 mindən çox sərnişin daşınıb və bu, ötən ilin avqust ayı ilə müqayisədə 24 faiz artım deməkdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Binəqədi şosesində yol hərəkəti dəyişdirilir

Next Article

İƏT Əmək Mərkəzi ilə Seneqal arasında memorandum imzalanıb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

SOCAR və “ExxonMobil” əməkdaşlığı müzakirə etdi

Aysel Əlibəyli 01 İyun 2026 · 22:14 1158 baxış Bakı Enerji Həftəsi çərçivəsində SOCAR-ın prezidenti Rövşən Nəcəf ilə corporate.exxonmobil.com⁠� şirkətinin vitse-prezidenti Con Ardil arasında görüş keçirilib. SOCAR-dan Elpress.az-a bildirilib ki, görüşdə SOCAR və corporate.exxonmobil.com⁠� arasında […]

2030-a qədər yeni meyvə bağları salınacaq

Aysel Əlibəyli 20 İyun 2026 · 19:12 1132 baxış Kənd Təsərrüfatı Nazirliyi 2030-cu ilə qədər intensiv meyvə bağlarının genişləndirilməsini planlaşdırır. 2030-cu ilədək Azərbaycanda yeni intensiv meyvə bağlarının salınması nəzərdə tutulur. Bu barədə kənd təsərrüfatı nazirinin […]

Prezident neft sənayesi işçilərini təltif edib

Aysel Əlibəyli 19 Sentyabr 2026 · 14:57 1086 baxış 10 nəfər “Əmək” ordeni, 18 nəfər “Tərəqqi” medalı ilə mükafatlandırılıb Elpress.az xəbər verir ki, Prezident İlham Əliyev Azərbaycan Respublikasının neft sənayesi işçilərinin təltif edilməsi ilə bağlı […]

Azərbaycan Qırğızıstana 24 avtomobil satıb

Aysel Əlibəyli 31 İyul 2026 · 12:51 1090 baxış Azərbaycanın Qırğızıstana ixracında avtomobil, şəkər və tütün məhsulları üstünlük təşkil edib Elpress.az xəbər verir ki, 2026-cı ilin ilk yarısında Azərbaycanla Qırğızıstan arasında ticarət dövriyyəsi 28,9 milyon […]