--:--:-- | 20 Oktyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

Binəqədi şosesində yol hərəkəti dəyişdirilir

Aysel Əlibəyli 04 Sentyabr 2026 · 12:39 1056 baxış

Binəqədi şosesinin iki kəsişməsində zolaqlar artırılacaq və işıqfor rejimi yenilənəcək

Elpress.az xəbər verir ki, Paytaxtın Binəqədi rayonu ərazisində nəqliyyatın hərəkətinin yaxşılaşdırılması və yol təhlükəsizliyinin artırılması məqsədilə yeni dəyişikliklər həyata keçiriləcək.Aparılan təhlillər nəticəsində Binəqədi şosesinin Mehdiabad yolu və Nicat Mustafayev küçəsi ilə kəsişmələrində, xüsusilə pik saatlarda sıxlığın artdığı və yolların mövcud buraxıcılıq imkanlarının kifayət etmədiyi müəyyənləşdirilib.Bu səbəbdən ərazidə yol hərəkətinin təşkili yenidən qurulacaq. Layihəyə əsasən, yol nişanları və nişanlanma xətləri vasitəsilə nəqliyyat axınının istiqamətləndirilməsi həyata keçiriləcək. Kəsişmələrdə hərəkət zolaqlarının sayının artırılması, Əttarlar küçəsindən isə yalnız sağa dönmə imkanının yaradılması planlaşdırılır.Dəyişikliklərin əsas məqsədi yolun buraxıcılıq qabiliyyətini yüksəltmək və nəqliyyat vasitələrinin hərəkəti zamanı yaranan münaqişəli nöqtələri azaltmaqdır.Bundan əlavə, işıqforların fəaliyyət rejimi optimallaşdırılacaq. Əsas istiqamətdə hərəkət edən nəqliyyat vasitələri üçün yaşıl işığın yanma müddətinin artırılması nəzərdə tutulur. Bununla nəqliyyat axınının daha rahat və fasiləsiz hərəkətinin təmin olunması gözlənilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Rusiyadan Azərbaycana iki təqsirləndirilən şəxs ekstradisiya olunub

Next Article

ADY 8 ayda 7,3 milyondan çox sərnişin daşıyıb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

9 oktyabr – Ümumdünya Poçt Günüdür

Aysel Əlibəyli 09 Oktyabr 2026 · 08:59 1080 baxış Hər il oktyabrın 9-u dünyada Ümumdünya Poçt Günü kimi qeyd olunur. Elpress.az xəbər verir ki, bu əlamətdar gün poçt xidmətlərinin insanların və ölkələrin həyatındakı roluna diqqət […]

Rəşad İbadov Balaxanı neftçiləri ilə müzakirə aparıb

Aysel Əlibəyli 15 İyul 2026 · 18:13 1084 baxış ADA Universitetinin Hüquq fakültəsinin dekanı Rəşad İbadov hasilat şirkətlərinin nümayəndələri ilə vətəndaşların konstitusion hüquq və vəzifələrinə həsr olunmuş görüş keçirib. Elpress.az xəbər verir ki, Müzakirədə Konstitusiyanın […]

AAYDA-ya məxsus bir sıra yol istismarı qurumları ləğv edildi

Aysel Əlibəyli 02 İyul 2026 · 17:18 1116 baxış Azərbaycanda yol təsərrüfatı sahəsində fəaliyyət göstərən bir neçə dövlət qurumu fəaliyyətini dayandırır. Bununla bağlı müvafiq qərarlar qəbul olunub. Elpress.az-ın İqtisadiyyat.az-a istinadən verdiyi məlumata əsasən, Azərbaycan Avtomobil […]