--:--:-- | 22 Oktyabr 2026, Cümə axşamı
Son Xəbər
Yüklənir...

İƏT Əmək Mərkəzi ilə Seneqal arasında memorandum imzalanıb

Aysel Əlibəyli 04 Sentyabr 2026 · 12:47 1084 baxış

Azərbaycan və Seneqal əmək təhlükəsizliyi və sağlamlığı sahəsində əməkdaşlığı genişləndirir

Elpress.az xəbər verir ki, Seneqalın Dövlət Qulluğu, Əmək və Dövlət Xidmətinin İslahatı Nazirliyinin nümayəndə heyəti İslam Əməkdaşlıq Təşkilatının Əmək Mərkəzinin dəvəti ilə Azərbaycana işgüzar səfər edib.Səfərin əsas məqsədi iki ölkənin müvafiq qurumları arasında əlaqələrin möhkəmləndirilməsi, təcrübə mübadiləsinin aparılması və əməkdaşlıq imkanlarının genişləndirilməsi olub.Səfər çərçivəsində İƏT Əmək Mərkəzinin Baş direktoru Azər Bayramov ilə Seneqalın aidiyyəti nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib. Görüş zamanı əməyin təhlükəsizliyi və sağlamlığı sahəsində birgə fəaliyyətin genişləndirilməsi, həmçinin 2027-ci ildə Dakar şəhərində təşkil olunacaq Əməyin Təhlükəsizliyi və Sağlamlığı üzrə 24-cü Dünya Konqresinə hazırlıq məsələləri müzakirə edilib.Görüşün sonunda tərəflər arasında strateji tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Sənəd İƏT Əmək Mərkəzinin 26–30 aprel 2027-ci il tarixlərində Dakarda keçiriləcək Dünya Konqresində Strateji Tərəfdaş kimi iştirakını və əmək təhlükəsizliyi sahəsində əməkdaşlığın əsas istiqamətlərini müəyyənləşdirir.Əməkdaşlıq çərçivəsində rəqəmsallaşma və süni intellektin iş yerlərində təhlükəsizlik və sağlamlığa təsiri, elmi araşdırmalar, texniki əməkdaşlıq və praktiki həllərin hazırlanması əsas diqqət istiqamətləri olacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

ADY 8 ayda 7,3 milyondan çox sərnişin daşıyıb

Next Article

Azərbaycanın çimərlik polosu komandası turnirə hazırlaşır

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Bir vəkil Kollegiyadan xaric edilib

Aysel Əlibəyli 23 Sentyabr 2026 · 12:59 1074 baxış İki vəkilə töhmət verilib, daha iki nəfərə xəbərdarlıq edilib Elpress.az xəbər verir ki, İntizam pozuntularına yol verən vəkillərlə bağlı qərarlar qəbul edilib.Vəkillər Kollegiyasının Rəyasət Heyətinin qərarına […]

Səbail rayonunda əməyin mühafizəsinə həsr olunmuş təlim keçirilib

Aysel Əlibəyli 15 İyun 2026 · 17:55 1128 baxış Azərbaycan Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən əməyin mühafizəsi sahəsində həyata keçirilən tədbirlər çərçivəsində Səbail rayonu üzrə tibb müəssisələrində çalışan əməyin mühafizəsindən məsul şəxslər üçün […]