--:--:-- | 21 Oktyabr 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

İlham Əliyev Qoşulmama Hərəkatının Gənclər Təşkilatı ilə bağlı sazişi təsdiqlədi

Aysel Əlibəyli 21 Oktyabr 2026 · 17:41 1012 baxış

Qoşulmama Hərəkatının Gənclər Təşkilatının Katibliyinin fəaliyyətinə dair hüquqi çərçivə müəyyənləşdirilib. Azərbaycanla təşkilat arasında imzalanmış ev sahibi ölkə sazişi Prezident İlham Əliyev tərəfindən təsdiq olunub.

Elpress.az xəbər verir ki, dövlət başçısı “Azərbaycan Respublikası Hökuməti ilə Qoşulmama Hərəkatı Gənclər Təşkilatı arasında Qoşulmama Hərəkatı Gənclər Təşkilatı Katibliyi haqqında Ev Sahibi Ölkə Sazişi”nin təsdiq edilməsi barədə qanunu imzalayıb.

Sənəd 2026-cı il sentyabrın 10-da Bakıda imzalanıb. Saziş Katibliyin Azərbaycanda fəaliyyətinin təşkili və onunla bağlı məsələlərin tənzimlənməsi baxımından əhəmiyyət daşıyır.

Sazişin təsdiqlənməsi Azərbaycanla Qoşulmama Hərəkatının Gənclər Təşkilatı arasında əməkdaşlığın hüquqi əsaslarının möhkəmləndirilməsinə xidmət edir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı

Next Article

“iCheck” “Referans Medical Group” ilə əməkdaşlığa başladı

Bəlkə də, sizin üçün maraqlı olar ...;

İlham Əliyev beynəlxalq qurumların rəhbərləri ilə görüşdü

Aysel Əlibəyli 10 İyul 2026 · 21:41 1140 baxış Azərbaycan Prezidenti İlham Əliyev iyulun 10-da bir sıra beynəlxalq təşkilatların rəhbər şəxslərini və nümayəndələrini qəbul edib. Elpress.az xəbər verir ki, Görüşdə Maliyyə Tədbirləri üzrə İşçi Qrupunun […]

Azərbaycan Hərbi Dəniz Qüvvələri 107 illiyini qeyd edir

Aysel Əlibəyli 05 Avqust 2026 · 10:43 1068 baxış Bu gün – 5 avqust Azərbaycanda Hərbi Dəniz Qüvvələri Günü qeyd olunur. Bu əlamətdar tarix münasibətilə ölkənin dəniz sərhədlərinin keşiyində dayanan hərbi dənizçilərin xidmətləri bir daha […]

İranda Milli Birlik Vurğusu: Parçalanma Yoxdur

Elşən 24 Aprel 2026 · 09:46 1132 baxış İranın prezidenti Məsud Pezeşkian və parlament sədri Məhəmməd Bager Qalibaf ölkədə milli həmrəyliyin möhkəm şəkildə qorunduğunu, cəmiyyətdə heç bir parçalanma olmadığını bəyan ediblər. Elpress.az APA-ya istinadən xəbər […]