--:--:-- | 03 Noyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

Azərbaycan Qırğızıstana 24 avtomobil satıb

Aysel Əlibəyli 31 İyul 2026 · 12:51 1114 baxış

Azərbaycanın Qırğızıstana ixracında avtomobil, şəkər və tütün məhsulları üstünlük təşkil edib

Elpress.az xəbər verir ki, 2026-cı ilin ilk yarısında Azərbaycanla Qırğızıstan arasında ticarət dövriyyəsi 28,9 milyon dollara yaxın olub.Millət vəkili Vüqar Bayramovun açıqladığı statistikaya əsasən, bu müddətdə Azərbaycan Qırğızıstana 25,57 milyon dollar dəyərində məhsul ixrac edib, Qırğızıstandan ölkəmizə idxal isə 3,4 milyon dollar təşkil edib.Azərbaycanın ixrac etdiyi əsas məhsullar arasında 11,96 milyon dollar dəyərində 24 ədəd minik avtomobili, 3,46 milyon dollarlıq şəkər və 1,5 milyon dollarlıq tütün məhsulları yer alıb. Bundan başqa, nasos-kompressor boruları, lak və boyaq maddələri, elektrik avadanlıqları və bitki yağları da Qırğızıstana göndərilib.Qırğızıstandan Azərbaycana isə əsasən qabığı təmizlənmiş yunan qozu, makaron məmulatları və parça idxal olunub.Azərbaycanın Qırğızıstanla ticarətdə ilk altı ay üzrə 22,2 milyon dollarlıq müsbət saldo əldə etdiyi bildirilir. Vüqar Bayramov iki ölkə arasında iqtisadi əməkdaşlığın və məhsul çeşidlərinin artırılması üçün geniş imkanların olduğunu qeyd edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Trampın layihələrinə 800 milyon dollardan çox ianə

Next Article

Güləşçimiz dünya çempionatında uduzdu

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Balaxanı neftçilərindən rekord nəticə

Aysel Əlibəyli 06 İyul 2026 · 19:23 1120 baxış Gündəlik hasilat 1000 tona çatdı: Balaxanı neftçiləri ilk yarımili rekord göstəricilərlə başa vurdu Elpress.az xəbər verir ki, SOCAR-la “Hasilat Pay Bölgüsü” sazişi çərçivəsində “Balaxanı-Sabunçu-Ramana” yatağında fəaliyyət […]

Azərbaycan neftinin qiyməti 118 dolları ötdü

Aysel Əlibəyli 20 Oktyabr 2026 · 13:48 1168 baxış Dünya bazarında Azərbaycan neftinin qiymətində artım qeydə alınıb. “Azeri Light” markalı neftin bir bareli əvvəlki göstərici ilə müqayisədə 2,26 dollar bahalaşaraq 118,53 dollara çatıb. Elpress.az xəbər […]

Nazir beynəlxalq tribunalardan çağırış səsləndirib

Aysel Əlibəyli 03 İyun 2026 · 18:03 1230 baxış Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Beynəlxalq Əmək Konfransının sessiyasında çıxış edərək ölkədə həyata keçirilən sosial və rəqəmsal islahatlardan danışıb. Elpress.az xəbər verir ki, […]

Enerji sektorunda sabitlik sual altındadır

Aysel Əlibəyli 02 İyun 2026 · 11:02 1154 baxış Enerji bazarlarında qeyri-müəyyənlik səviyyəsi yüksək olaraq qalır, eyni zamanda bazardakı güclü dəyişkənlik qlobal enerji sektorunda riskləri artırır. Elpress.az-ın Apa.az-a istinadən verdiyi məlumata əsasən, 31-ci Bakı Enerji […]