--:--:-- | 23 Oktyabr 2026, Cümə
Son Xəbər
Yüklənir...

2027-ci ilin sonuna 11 yeni enerji stansiyası şəbəkəyə qoşulacaq

Aysel Əlibəyli 07 Sentyabr 2026 · 12:46 1054 baxış

Elpress.az report-a istinaden xəbər verir ki, 2027-ci ilin sonunadək Azərbaycanda 11 yeni enerji stansiyasının elektrik şəbəkəsinə qoşulması gözlənilir.

Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin sədri Cavid Abdullayev bildirib ki, həmin layihələrin ümumi gücü təxminən 2 giqavat olacaq.Onun sözlərinə görə, Biləsuvar Günəş Elektrik Stansiyasının ilin sonunadək şəbəkəyə qoşulması istiqamətində işlər intensiv davam etdirilir. Neftçala Günəş Elektrik Stansiyası üzrə layihənin isə gələn il tamamlanması planlaşdırılır.Bundan başqa, Naxçıvanda yerli şirkətlər tərəfindən iki enerji stansiyası inşa edilir. Cəbrayıl rayonunda isə hər birinin gücü 50 MVt olan iki günəş elektrik stansiyasında işlər davam etdirilir.

Cavid Abdullayev qeyd edib ki, bütün layihələrin nəzərdə tutulan qrafik üzrə həyata keçirilməsi Azərbaycanın bərpa olunan enerji potensialının artırılmasına və enerji sisteminin gücləndirilməsinə xidmət edəcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Məktəblərin ətrafında nəzarət GÜCLƏNDİRİLİR

Next Article

Göyçayda 3 aylıq körpə bədbəxt hadisə nəticəsində öldü

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Dənizdə neft sızmalarının qarşısının alınmasında monitorinq vacibdir

Aysel Əlibəyli 21 İyun 2026 · 19:37 1180 baxış Ekspert dənizdə boru xətlərinə nəzarətin ekoloji risklərin azaldılmasında mühüm rol oynadığını bildirib. Dənizdə neft sızmalarının vaxtında aşkarlanması və aradan qaldırılması ekoloji təhlükələrin minimuma endirilməsi baxımından mühüm […]

Azərbaycan və Dünya Bankı əməkdaşlığı müzakirə edib

Aysel Əlibəyli 10 Sentyabr 2026 · 14:48 1054 baxış Əli Əsədov Dünya Bankının nümayəndə heyəti ilə görüşüb Elpress.az xəbər verir ki, Baş nazir Əli Əsədov Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Roland Praysın rəhbərlik […]

Azərbaycanın regionlarında turizm üçün geniş imkanlar var

Aysel Əlibəyli 26 Sentyabr 2026 · 13:22 1080 baxış Anna Soave: Tarixi və təbii məkanlar yeni investisiya imkanları yaradır Elpress.az xəbər verir ki, Azərbaycanın müxtəlif regionlarında turizmin inkişaf etdirilməsi üçün geniş imkanlar mövcuddur. Ölkənin tarixi […]