Elpress.az xəbər verir ki, hadisə Göyçay rayonunun Ləkçıplaq kəndində baş verib.
Məlumata görə, ana evin pilləkənlərindən düşərkən müvazinətini itirib. Bu zaman onun qucağında olan 3 aylıq körpə yerə düşərək baş nahiyəsindən ağır xəsarət alıb.Körpə aldığı xəsarətlərə görə həyatını itirib.
Hadisə ilə bağlı araşdırma aparılır.


