--:--:-- | 07 Oktyabr 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

“Sabah”ın sabiq futbolçusu Azərbaycana dönüş qapısını açıq saxlayır

Aysel Əlibəyli 16 İyun 2026 · 15:27 1168 baxış

Sofian Çakla hesab edir ki, “Sabah” klubunu qarşıda uğurlu və parlaq gələcək gözləyir.

“Sabah”ın sabiq futbolçusu Sofian Çakla keçmiş klubunun inkişafından, Azərbaycan çempionluğundan və gələcək hədəflərindən danışıb. Mərakeşli müdafiəçi komandanın qazandığı uğura sevindiyini bildirib və klubun qarşıdakı illərdə daha böyük nəticələr əldə edə biləcəyinə inandığını vurğulayıb.Çakla qeyd edib ki, “Sabah”da uğurlu layihə qurulub, klubda peşəkar idarəçilik və güclü komanda mühiti formalaşıb. O, azarkeşlərin də komandanın inkişafında mühüm rol oynadığını bildirərək, gələcəkdə “Sabah” tərəfdarlarının Azərbaycanın ən güclü fan qruplarından birinə çevrilə biləcəyini deyib.Futbolçu “Sabah”ın UEFA Çempionlar Liqasındakı şanslarını da dəyərləndirib. Onun sözlərinə görə, futbolda əvvəlcədən nəticə proqnozlaşdırmaq çətindir, lakin komandanın keyfiyyətli heyəti, yaxşı məşqçisi və sabit strukturu uğur qazanmaq üçün vacib amillərdir. Çakla bildirib ki, iki görüşdən ibarət mərhələlərdə hər şey mümkündür və “Sabah”ın mübarizə aparmaq üçün real imkanları var.Hazırda Yunanıstanda çıxış edən müdafiəçi gələcəkdə yenidən Azərbaycana qayıtmaq ehtimalını da istisna etməyib. O, Azərbaycanda keçirdiyi iki ili xoş xatirələrlə yadda saxladığını, Bakı şəhərini və ölkədəki insanları sevdiyini qeyd edib. Çakla Azərbaycan futbolunun ildən-ilə inkişaf etdiyini vurğulayaraq, gələcək karyerasında ölkəyə dönüş variantını açıq saxladığını bildirib.Qeyd edək ki, Sofian Çakla 2023-2025-ci illərdə “Sabah”ın heyətində çıxış edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Gürcüstan Dəmir Yollarının sabiq rəhbəri axtarışa verildi

Next Article

Hakan Fidan Azərbaycan-Ermənistan sülh prosesindəki irəliləyişdən danışdı

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Milli komandamız finalda! 🏆

Aysel Əlibəyli 12 İyun 2026 · 19:35 1118 baxış Bakıda keçirilən Çövkən üzrə 2-ci dünya çempionatının yarımfinalında Azərbaycan və Uruqvay milli komandaları üz-üzə gəlib. 🐎🇦🇿 Elpress.az-ın Qafqazinfo.az-a istinadən verdiyi məlumata əsasən, Böyük maraqla izlənilən yarımfinal […]

Azərbaycan millisi böyük turnirdə meydana çıxır

Aysel Əlibəyli 28 May 2026 · 11:55 1186 baxış Azərbaycanın minifutbol milli komandası bu gün Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında ilk oyununu oynayacaq. ELPRESS.az Qafqazinfo- a istinadən verdiyi xəbərə görə, yığmamız F qrupunda Avstriya […]

Qaxda savate üzrə turnir keçirilib

Aysel Əlibəyli 16 İyun 2026 · 00:19 1124 baxış Qax Olimpiya İdman Kompleksində “Qərbi Azərbaycana Qayıdış” devizi altında savate idman növü üzrə kadetlər, yeniyetmələr və gənclər arasında Şimal-Qərb Region Açıq Turniri təşkil olunub. Elpress.az xəbər […]