--:--:-- | 16 Sentyabr 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

Gürcüstan Dəmir Yollarının sabiq rəhbəri axtarışa verildi

Aysel Əlibəyli 16 İyun 2026 · 15:23 1178 baxış

Gürcüstan Dəmir Yollarında baş verən böyük korrupsiya işi ilə bağlı aparılan araşdırmalar nəticəsində 8 nəfər cinayət məsuliyyətinə cəlb olunub.

Gürcüstan Dəmir Yollarının sabiq baş direktoru Davit Peradze böyük korrupsiya işi üzrə axtarışa verilib. Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı məlumata görə, şirkətin əmlaklarının qanunsuz mənimsənilməsi ilə bağlı aparılan əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində 8 nəfər cinayət məsuliyyətinə cəlb edilib.Araşdırmalar zamanı müəyyən olunub ki, iş üzrə iki şəxsə qiyabi ittiham irəli sürülüb və onlar barəsində beynəlxalq axtarış tədbirləri həyata keçirilir. Həmin şəxslərdən biri 2017-2024-cü illərdə Gürcüstan Dəmir Yollarına rəhbərlik etmiş Davit Peradzedir.İstintaqın məlumatına əsasən, Peradze 2019-cu ilin payızında şirkətə məxsus iri həcmdə əmlakların qanunsuz şəkildə ələ keçirilməsi məqsədilə mütəşəkkil cinayətkar qrup yaradıb. İddialara görə, qrup əvvəlcədən hazırlanmış sxem əsasında dəmir yolu müəssisəsinə məxsus metallom tullantılarını real həcmi müəyyən edilməyəcək formada toplayıb, daşıyıb, emal edib və müxtəlif şirkətlər vasitəsilə qanunsuz şəkildə rəsmiləşdirib.Nəticədə ümumi çəkisi 22 min 120 ton olan metal qırıntısının qanunsuz mənimsənildiyi, daha sonra isə leqallaşdırılaraq 17 milyon 391 min 121 lari məbləğinə satıldığı bildirilib. Əldə olunan gəlirin isə cinayətkar qrup üzvləri arasında bölüşdürüldüyü qeyd olunub.Bundan əlavə, istintaq zamanı 2022-ci ildə Gürcüstan Dəmir Yolları ilə “Raveldi” MMC arasında bağlanmış, dəyəri 999 min 768 ABŞ dolları olan relslərin təmiri müqaviləsində də maliyyə pozuntularının aşkar edildiyi açıqlanıb. Təhvil-təslim sənədlərində iş həcmlərinin süni şəkildə artırıldığı müəyyən olunub.Hazırda cinayət işi üzrə istintaq davam etdirilir. Gürcüstan DTX cinayətkar sxemin digər iştirakçılarının müəyyənləşdirilməsi istiqamətində araşdırmaları davam etdirir. İttiham olunan şəxsləri 9 ildən 12 ilədək həbs cəzası gözləyə bilər.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

44 yaşlı usta emalatxanada həyatını itirdi

Next Article

“Sabah”ın sabiq futbolçusu Azərbaycana dönüş qapısını açıq saxlayır

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Tramp: Hörmüz boğazının iyunun 19-da tam açılacağı gözlənilir

Aysel Əlibəyli 15 İyun 2026 · 21:11 1100 baxış ABŞ və İran arasında hərbi əməliyyatların dayandırılması ilə bağlı razılaşmalar əldə olunub. ABŞ Prezidenti Donald Tramp bu barədə G7 sammiti çərçivəsində Fransanın Evian-le-Ben şəhərində Fransa Prezidenti […]

Suriya İsraillə diplomatik həll axtarır

Aysel Əlibəyli 01 Sentyabr 2026 · 15:35 1040 baxış Şeybani: İsrailin hücumlarına baxmayaraq, Suriya danışıqlara sadiqdir Elpress.az xəbər verir ki, Suriya İsrailin davam edən hücumlarına baxmayaraq, tərəflər arasında diplomatik həllin əldə olunması üçün səylərini davam […]

Microeledone galapagensis adlı yeni osminoq növü aşkarlandı

Elşən 26 May 2026 · 07:34 1128 baxış Alimlər Qalapaqos adaları sahillərində yeni dərin dəniz osminoq növü aşkarlayıblar. “Microeledone galapagensis” adlandırılan göy rəngli kiçik osminoq ilk dəfə 1773 metr dərinlikdə qeydə alınıb. Araşdırma zamanı mütəxəssislər […]