--:--:-- | 04 Noyabr 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

Şəhid İlqar Hümbətov xatirəsinə həsr olunan cüdo turniri start götürdü

Aysel Əlibəyli 07 İyun 2026 · 13:56 1184 baxış

Şəhid İlqar Hümbətovin əziz xatirəsinə həsr olunmuş cüdo üzrə açıq birinciliyin açılış mərasimi yüksək təşkilatçılıq və xüsusi ehtiram atmosferi ilə keçirilib

Elpress.az-ın Azərtac.az-a istinadən verdiyi məlumata əsasən, Şəhid İlqar Hümbətovin əziz xatirəsinə həsr olunmuş cüdo üzrə açıq birinciliyin təntənəli açılış mərasimi “Təhsil” Respublika İdman Mərkəzinin 8 nömrəli İOEUGİM-in təşkilatçılığı ilə Abşeron Olimpiya İdman Kompleksində keçirilib.Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, ardınca Vətən uğrunda canından keçmiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla dərin ehtiramla yad edilib.Daha sonra Şəhid İlqar Hümbətovun həyat yolu, döyüş şücaəti və Vətənə göstərdiyi xidmətlər haqqında ətraflı məlumat verilib, onun xatirəsinin gənc nəsil üçün örnək olduğu xüsusi vurğulanıb.Elm və təhsil nazirinin müşaviri Rüstəm Ağayev çıxışında şəhidlərin xatirəsinə həsr olunan turnirlərin təşkilinin mənəvi və tərbiyəvi əhəmiyyətindən danışaraq, hər bir vətəndaşın şəhidlər qarşısında mənəvi borc daşıdığını diqqətə çatdırıb.Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti Rəşad Rəsullu isə bu cür yarışların gənclərdə vətənpərvərlik ruhunun güclənməsinə və sağlam həyat tərzinin formalaşmasına mühüm töhfə verdiyini qeyd edib. O, həmçinin bildirib ki, cüdo yalnız idman uğuru deyil, eyni zamanda şəxsiyyətin formalaşmasında da mühüm rol oynayır.Şəhidin anası Dilarə Hümbətova çıxış edərək Vətən yolunda canından keçən qəhrəmanların xatirəsinə göstərilən yüksək ehtirama görə təşəkkürünü ifadə edib və şəhid ailələrinə göstərilən diqqət və qayğını xüsusi minnətdarlıqla qeyd edib.Açılış mərasimi daha sonra bədii hissə ilə davam etdirilib və tədbirə xüsusi ovqat qatılıb.Qeyd edək ki, turnirdə 2014–2015-ci il təvəllüdlü oğlan və qız cüdoçuların iştirakı ilə gərgin və maraqlı mübarizələr gözlənilir. Ümumilikdə 250-yə yaxın idmançının tatami üzərində çıxışı nəzərdə tutulub.Turnirin əsas məqsədi Şəhid İlqar Hümbətovun əziz xatirəsinin uca tutulması, yeniyetmələr arasında cüdo idman növünün geniş təbliği və gənc idmançıların yarış təcrübəsinin artırılmasıdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Asim Munirdən Xameneiyə xüsusi mesaj

Next Article

Ebola: ABŞ-dən diqqətçəkən məlumat

Bəlkə də, sizin üçün maraqlı olar ...;

DÇ-2026-nın ən bahalı millisi müəyyənləşdi

Aysel Əlibəyli 30 May 2026 · 15:19 1308 baxış DÇ-2026-nın ən bahalı millisi müəyyənləşib 2026-cı il dünya çempionatında iştirak edəcək komandalar arasında ən yüksək bazar dəyərinə malik yığma bəlli olub. Məlumata görə, siyahıya ümumi heyət […]

“Sabah” 1 qolluq fərqi aradan qaldırmaq istəyir

Aysel Əlibəyli 10 Avqust 2026 · 18:19 1088 baxış Valdas Dambrauskas: Evdə qələbə qazanaraq mərhələni keçmək niyyətindəyik Elpress.az xəbər verir ki, “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində Danimarkanın “Orhus” klubuna […]

PSJ – Bayern matçında 9 qol: Paris klubu qalib gəldi

Elşən 29 Aprel 2026 · 11:00 1169 baxış Elpress.az-ın məlumatına görə, ilk oyununda Paris Saint-Germain doğma meydanda Bayern Munich ilə qarşılaşıb. Matç İsveçrədən olan baş hakim Sandro Schärer tərəfindən idarə olunub və görüş Parc des […]

Baş nazirlər arasında maraqlı “söz atışması”

Aysel Əlibəyli 08 İyul 2026 · 15:23 1140 baxış Ankarada keçirilən NATO sammiti çərçivəsində Böyük Britaniyanın Baş naziri Keir Starmer və Norveçin Baş naziri Jonas Gahr Støre İngiltərə–Norveç oyunu öncəsi zarafatyana dialoqla diqqət çəkiblər. Elpress.az […]