--:--:-- | 05 Noyabr 2026, Cümə axşamı
Son Xəbər
Yüklənir...

Asim Munirdən Xameneiyə xüsusi mesaj

Aysel Əlibəyli 07 İyun 2026 · 13:51 1216 baxış

Pakistanın daxili işlər naziri feldmarşal Asim Munir tərəfindən hazırlanmış xüsusi məktubu İran tərəfinə rəsmi şəkildə təqdim edib.

Pakistanın daxili işlər naziri Möhsin Nəqvi ötən gecə İran və ABŞ arasında vasitəçilik missiyası çərçivəsində Tehrana səfər edib və bu gün İranın xarici işlər naziri Abbas Əraqçi ilə rəsmi görüş keçirib. Görüş zamanı o, Pakistan ordusunun komandanı feldmarşal Asim Munirin İranın ali rəhbərinə ünvanladığı xüsusi məktubu Abbas Əraqçiyə təqdim edib.Nəqvi daha əvvəl İranın daxili işlər naziri ilə görüşü çərçivəsində jurnalistlərə açıqlamasında bildirib ki, bu səfər feldmarşal Asim Munir və Pakistanın baş naziri Şahbaz Şərifin mövcud regional gərginliklə bağlı xüsusi mesajını İranın ali rəhbəri Ayətullah Seyid Əli Xameneiyə çatdırmaq məqsədi daşıyır. O, həmin mesajın olduqca mühüm əhəmiyyət kəsb etdiyini vurğulayaraq, prosesin müsbət nəticələnəcəyinə ümid etdiyini ifadə edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Şəki və Zaqatalada qəbul imtahanı 12 mərkəzdə təşkil olunub

Next Article

Şəhid İlqar Hümbətov xatirəsinə həsr olunan cüdo turniri start götürdü

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Fransada təhsil böhranı: Makron təcili toplantı keçirəcək

Aysel Əlibəyli 06 Oktyabr 2026 · 20:30 1110 baxış Fransada yuxarı sinif şagirdlərinin davam edən etirazları ölkə rəhbərliyinin gündəminə çıxıb. Elpress.az xəbər verir ki, prezident Emmanuel Makron yaranmış vəziyyəti müzakirə etmək üçün Yelisey sarayında hökumət […]

ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq etməyə hazırlaşır

Aysel Əlibəyli 24 Avqust 2026 · 20:25 1088 baxış Tehranla əməkdaşlıq edən şirkətlər və maliyyə qurumları dollar sistemindən kənarlaşdırıla bilər Elpress.az xəbər verir ki, ABŞ administrasiyası İrana qarşı maliyyə təzyiqlərini daha da gücləndirməyə hazırlaşır. Yeni […]