--:--:-- | 11 Oktyabr 2026, Bazar
Son Xəbər
Yüklənir...

Azərbaycan Etnoidman Festivalında təmsil olundu”

Aysel Əlibəyli 24 May 2026 · 21:29 1165 baxış

İstanbulda təşkil olunan VIII Etnoidman Beynəlxalq Mədəniyyət Festivalı yekunlaşıb.Festival türk dünyasının ortaq irsinin, milli-mədəni dəyərlərin və ənənəvi idman növlərinin beynəlxalq səviyyədə tanıdılmasına həsr olunub.

Elpress.az Azərtac – a istinadən xəbər verir ki, bu il “Dünya burada” devizi ilə keçirilən festivalda ənənəvi idman növləri, atüstü oyunlar, oxatma, güləş yarışları, səhnə proqramları, həmçinin əl işləri və etnik musiqi təqdim olunub.Festivalda Azərbaycanın Türkiyədəki səfirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi “Zəngəzur” Xalq Rəqsləri Ansamblı ilə təmsil olunub.Tədbir çərçivəsində “Natiq” ritm qrupu və türkdilli xalqların nümayəndələrinin yer aldığı “Rüzgar” qrupunun çıxışları da nümayiş etdirilib.Festivalda Yaponiya, Qazaxıstan, Litva, Rusiya və Qırğızıstan daxil olmaqla müxtəlif ölkələrin milli oyunları, ənənəvi idman növləri və mədəni təqdimatları yer alıb.İdman bölməsində ziyarətçilər Azərbaycanın milli idman növü olan zorxana ilə yaxından tanış olmaq imkanı qazanıblar.Bununla yanaşı, iştirakçılar oxatma və atçılıq kimi ənənəvi idman növlərini sınaqdan keçirib, emalatxanalarda isə mədəni irsin bir hissəsi olan sənət nümunələri ilə tanış olublar. Təqdim olunan milli oyunlar, səhnə çıxışları, əl işləri və qastronomiya nümunələri ziyarətçilərə fərqli təcrübə yaşadıb.Eyni zamanda, festival ərazisində yaradılan emalatxanalarda qonaqlara ənənəvi sənətlər üzrə praktiki biliklər əldə etmək imkanı verilib.Qeyd edək ki, mayın 21-dən 24-dək davam edən festivalın keçirildiyi Atatürk Hava Limanının ərazisi ziyarətçilər üçün canlı mədəniyyət məkanına çevrilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

“Bakının 4 rayonunda qaz olmayacaq”

Next Article

“Qızıl mədənində faciə: Ölənlər var”

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Misli Premyer Liqasında 2-ci turun oyun cədvəli AÇIQLANDI

Aysel Əlibəyli 16 Avqust 2026 · 21:48 1064 baxış Misli Premyer Liqasında 2026/27 mövsümünün 2-ci turunda keçiriləcək qarşılaşmaların vaxtı və məkanı müəyyənləşib. Elpress.az xəbər verir ki, turun oyunları 22 və 23 avqust tarixlərində baş tutacaq. […]

Çempionlar Liqasında bu günün oyunları

Aysel Əlibəyli 09 Sentyabr 2026 · 14:40 1050 baxış “Barselona”, “Qalatasaray” və “Arsenal”ın oyunları Azərbaycanda yayımlanacaq Elpress.az xəbər verir ki, UEFA Çempionlar Liqasının liqa mərhələsində bu gün növbəti qarşılaşmalar keçiriləcək. Günün diqqətçəkən oyunları arasında “Barselona” […]

İran millisinin planına qadağa gəldi

Aysel Əlibəyli 09 İyun 2026 · 18:57 1186 baxış ABŞ hakimiyyəti İran milli futbol komandasının futbolçularının Dünya çempionatı oyunları istisna olmaqla ölkəyə girişini qadağan edib. Tehran bu qərarı siyasi motivli addım kimi qiymətləndirərək, Vaşinqtonu İran […]