--:--:-- | 09 Oktyabr 2026, Cümə
Son Xəbər
Yüklənir...

Musiala əməliyyat olundu: “Bavariya” son durumu açıqladı

Aysel Əlibəyli 06 İyul 2026 · 19:33 1126 baxış

“Bavariya”dan Camal Musiala ilə bağlı rəsmi açıqlama: Kiçik əməliyyat keçirib

Elpress.az xəbər verir ki, Almaniyanın “Bavariya” klubunun və Almaniya milli komandasının aparıcı futbolçularından olan Camal Musiala növbəti tibbi prosedurdan uğurla keçib. Bu barədə Münhen təmsilçisinin mətbuat xidməti rəsmi məlumat yayıb.Klubun açıqlamasına əsasən, 23 yaşlı yarımmüdafiəçinin sol ayağında əvvəlki zədənin müalicəsi məqsədilə yerləşdirilmiş metal lövhə uğurlu əməliyyatla çıxarılıb. Həmin lövhə futbolçunun Klublararası dünya çempionatında aldığı ağır zədədən sonra sümüyün sabit saxlanılması üçün implantasiya edilmişdi.”Bavariya” əməliyyatın planlı və kiçik tibbi müdaxilə olduğunu vurğulayıb. Bildirilib ki, prosedur uğurla başa çatıb və Musialanın bərpa prosesi plan üzrə davam edəcək. Klub hesab edir ki, bu müdaxilə futbolçunun mövsümöncəsi hazırlığını müəyyən olunmuş qrafikə uyğun keçməsinə və yeni mövsümün rəsmi oyunlarına tam hazır vəziyyətdə başlamasına imkan yaradacaq.Qeyd edək ki, Camal Musiala son dünya çempionatında Almaniya millisinin keçirdiyi 4 oyunun hamısında forma geyinib. O, turnir ərzində 1 məhsuldar ötürmə ilə yadda qalıb və komandanın əsas oyunçularından biri kimi çıxış edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Kiyevə qanlı zərbə: Ölənlərin sayı 15-ə yüksəldi

Next Article

Ərdoğan NATO Baş katibi Mark Rutte ilə görüş keçirdi

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Messidən tarixi gecə: İki rekord birdən qırıldı

Aysel Əlibəyli 07 İyul 2026 · 22:40 1126 baxış Lionel Messi dünya çempionatı tarixinə adını yenidən yazdırdı Elpress.az xəbər verir ki, Argentina millisinin kapitanı Lionel Messi 2026-cı il dünya çempionatının 1/8 final mərhələsində Misir yığmasına […]

“Sabah” 1 qolluq fərqi aradan qaldırmaq istəyir

Aysel Əlibəyli 10 Avqust 2026 · 18:19 1060 baxış Valdas Dambrauskas: Evdə qələbə qazanaraq mərhələni keçmək niyyətindəyik Elpress.az xəbər verir ki, “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində Danimarkanın “Orhus” klubuna […]

Almaniyada 4 futbolçu penalti vurmaqdan imtina etdi

Aysel Əlibəyli 30 İyun 2026 · 18:44 1084 baxış Almaniya millisinin DÇ-2026-dakı mübarizəsi zamanı yaşanan penaltilər seriyasında gözlənilməz məqam yaşanıb. Komandanın bir neçə futbolçusu həlledici zərbəni yerinə yetirmək məsuliyyətini üzərinə götürmək istəməyib. Elpress.az xəbər verir […]

İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib

Aysel Əlibəyli 03 Oktyabr 2026 · 11:43 1058 baxış Azərbaycan Prezidenti İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının (IJF) prezidenti Ladislau-Marius Vizeri qəbul edib. Elpress.az xəbər verir ki, oktyabrın 3-də keçirilən görüşdə Azərbaycanda cüdonun inkişafı və Bakıda […]