Azərbaycan Prezidenti İlham Əliyev Donald Trampın Azərbaycan və Ermənistan arasında davamlı sülhün təmin olunması istiqamətindəki səylərinin beynəlxalq səviyyədə qiymətləndirilməsinə ümid etdiyini bildirib.
Elpress.az xəbər verir ki, dövlət başçısı bu barədə “X” sosial şəbəkəsindəki paylaşımında ABŞ Prezidentinin Nobel Sülh Mükafatına layiq görüləcəyinə ümidvar olduğunu qeyd edib.


