--:--:-- | 09 Oktyabr 2026, Cümə
Son Xəbər
Yüklənir...

Messidən tarixi gecə: İki rekord birdən qırıldı

Aysel Əlibəyli 07 İyul 2026 · 22:40 1124 baxış

Lionel Messi dünya çempionatı tarixinə adını yenidən yazdırdı

Elpress.az xəbər verir ki, Argentina millisinin kapitanı Lionel Messi 2026-cı il dünya çempionatının 1/8 final mərhələsində Misir yığmasına qarşı keçirilən oyunda növbəti tarixi uğuruna imza atıb. Təcrübəli hücumçu qarşılaşmada göstərdiyi performansla eyni anda iki mühüm rekordu yeniləyərək adını bir daha futbol tarixinə yazdırıb.”Opta” nəşrinin yaydığı statistikaya əsasən, Messi mundiallarda vurduğu qolların sayını 21-ə çatdıraraq dünya çempionatları tarixinin ən məhsuldar bombardiri olub. Bununla da o, uzun illər rekordun sahibi olan Almaniya millisinin sabiq hücumçusu Miroslav Klozeni geridə qoyub.Argentina ulduzu bununla kifayətlənməyərək məhsuldar ötürmələrinin sayını da 9-a yüksəldib. Beləliklə, Messi dünya çempionatları tarixində ən çox məhsuldar ötürmə edən futbolçu adına da sahib çıxıb.Qeyd edək ki, 1/8 final qarşılaşması Argentina millisinin 3:2 hesablı qələbəsi ilə başa çatıb. Messinin rekordu və komandasının növbəti mərhələyə yüksəlməsi futbolsevərlər tərəfindən böyük maraqla qarşılanıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Robert Haynlayn: Kitabları niyə qadağan olunmaq istənirdi?

Next Article

“Kuboku Argentinaya verin !”

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Lukaku “Fənərbaxça”ya keçməyə razıdır

Aysel Əlibəyli 10 Avqust 2026 · 18:22 1058 baxış “Fənərbaxça” Lukaku üçün “Napoli”yə 6 milyon avro təklif edib Elpress.az xəbər verir ki, Belçikalı hücumçu Romelu Lukakunun Türkiyənin “Fənərbaxça” klubuna keçidi ilə bağlı danışıqlarda yeni mərhələyə […]

Manuel Noyer Almaniya futbolunun rekordçusu olub

Aysel Əlibəyli 23 Avqust 2026 · 15:45 1052 baxış “Bavariya”nın 40 yaşlı qapıçısı 36-cı titulunu qazanaraq Tomas Mülleri geridə qoyub Elpress.az xəbər verir ki, “Bavariya”nın qapıçısı Manuel Noyer qazandığı titulların sayına görə Almaniya futbolunun yeni […]

Kanoeçimiz Avropa çempionatına yollanır

Aysel Əlibəyli 08 İyun 2026 · 15:37 1126 baxış Portuqaliyanın Montemor-u-Velyu şəhəri iyunun 11-dən 14-dək kayak və kanoe üzrə Avropa çempionatına ev sahibliyi edəcək. Elpress.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Qitə birinciliyində Azərbaycan millisinin heyətində […]