--:--:-- | 09 Oktyabr 2026, Cümə
Son Xəbər
Yüklənir...

“Kuboku Argentinaya verin !”

Aysel Əlibəyli 07 İyul 2026 · 22:45 1112 baxış

Argentinaya məğlubiyyətdən sonra Zikodan qalmaqallı açıqlama: Hakimliyi tənqid etdi

Elpress.az xəbər verir ki, Misir millisinin yarımmüdafiəçisi Mostafa Ziko 2026-cı il dünya çempionatının 1/8 finalında Argentinaya 2:3 hesabı ilə məğlub olduqları oyundan sonra hakim idarəçiliyini sərt tənqid edib.30 yaşlı futbolçu qarşılaşmanın ardından verdiyi açıqlamada hakim qərarlarının ədalətli olmadığını iddia edib və oyunun idarəçiliyindən narazı qaldığını bildirib.”Təbriklər, Argentina. Dünya çempionatının ssenarisi onsuz da əvvəlcədən yazılıb. Buna görə də hakimə və başqa faktorlara ehtiyacları yox idi. Hakim çox ədalətsiz idi. Nə isə… Allah bizə yetər. Bir millətin əməyini oğurlayırlar. Kuboku Argentinaya versinlər”, – deyə Mostafa Ziko bildirib.Qeyd edək ki, Misir millisi Argentinaya 2:3 hesabı ilə məğlub olaraq turnirlə vidalaşıb. Qarşılaşmada Misir yığmasının ikinci qolunun müəllifi məhz Mostafa Ziko olub. Onun oyundan sonra səsləndirdiyi fikirlər futbol ictimaiyyətində geniş müzakirələrə səbəb olub.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Messidən tarixi gecə: İki rekord birdən qırıldı

Next Article

10 nəfərin öldüyü partlayış işi Ali Məhkəməyə çıxarılır

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Elvindən növbəti atmaca

Aysel Əlibəyli 07 İyun 2026 · 20:42 1138 baxış İntizamsız davranışa görə “Qarabağ”ın əsas komandasında yer almayan Elvin Cəfərquliyev uzun müddətdən sonra sosial şəbəkə hesabında paylaşım edib. Elpress.az xəbər verir ki, Hazırda Azərbaycan millisinin düşərgəsində […]

“Sabah”ın stadionu süni intellektlə 30 minlik oldu

Aysel Əlibəyli 29 Avqust 2026 · 13:14 1064 baxış Azərbaycan çempionu “Sabah”ın ev oyunlarını keçirdiyi stadion süni intellekt vasitəsilə yenidən dizayn edilib. Elpress.az xəbər verir ki, Muhammed Yusuf adlı xarici yutub kanalının müəllifi “Bank Respublika […]

İtaliya futbolunun əfsanəsi Franko Barezi vəfat edib

Aysel Əlibəyli 31 İyul 2026 · 10:33 1082 baxış İtaliya millisinin və “Milan” klubunun əfsanəvi futbolçusu Franko Barezi dünyasını dəyişib. Elpress.az xəbər verir ki, uzun müddətdir ağır xəstəliklə mübarizə aparan veteran müdafiəçi 66 yaşında vəfat […]