--:--:-- | 30 Sentyabr 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

Qabiliyyət imtahanı ilə bağlı dəyişiklik – DİM tarixləri ertələdi

Aysel Əlibəyli 28 İyun 2026 · 14:08 1232 baxış

DİM-dən abituriyentlərə mühüm məlumat: Ümumi fiziki hazırlıq imtahanının yeni tarixi açıqlanıb

Elpress.az xəbər verir ki, idman istiqamətinin 62-ci komissiyası (ümumi fiziki hazırlıq, adaptiv bədən tərbiyəsi və kütləvi sağlamlaşdırıcı idman) üzrə iyunun 27-də keçirilməsi nəzərdə tutulan ümumi fiziki hazırlıq imtahanı təxirə salınıb.

Dövlət İmtahan Mərkəzinin məlumatına görə, Tofiq Bəhramov adına Respublika Stadionunda açıq havada təşkil olunması planlaşdırılan imtahan əlverişsiz hava şəraiti səbəbindən baş tutmayıb.

Bildirilib ki, sözügedən imtahan iyulun 7-də Azərbaycan İdman Akademiyasında keçiriləcək.

Abituriyentlər və subbakalavrlar imtahana gələrkən şəxsiyyət vəsiqəsinin əslini və qabiliyyət imtahanına buraxılış vərəqəsini özləri ilə gətirməlidirlər.

Bundan əlavə, idman istiqaməti üzrə imtahanda iştirak edəcək şəxslər idman geyimi, həmçinin U086 formalı sağlamlıq haqqında tibbi arayışı təqdim etməlidirlər. Arayışın “peşəyə yararlığı haqqında həkim rəyi” hissəsində “yararlıdır” və ya “sağlamdır” qeydi olmalıdır.

Qabiliyyət imtahanlarının qrafikinin mütəmadi yeniləndiyi, digər imtahanların tarixlərinin də müəyyənləşdikcə cədvələ əlavə ediləcəyi qeyd olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Venesuelada zəlzələ faciəsi: Ölənlərin sayı 1430 nəfərə çatdı

Next Article

Nadir səma hadisəsi: Günəş 2 dəqiqədən çox müddətə görünməyəcək – tarix açıqlandı

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Acun balaca azarkeşin üzünü güldürdü

Aysel Əlibəyli 06 İyun 2026 · 13:58 1166 baxış Acun Ilıcalı gündəm olan balaca “Hull City” azarkeşi ilə görüşərək onu sevindirdi Elpress.az-ın Qafqazinfo.az-a istinadən verdiyi məlumata əsasən, bir müddət öncə “Hull City”nin “Middlesbrough” üzərində 1:0 […]

Bu gün bürünc medalın sahibi bəlli olacaq

Aysel Əlibəyli 18 İyul 2026 · 15:45 1088 baxış DÇ-2026: İngiltərə və Fransa bürünc medal uğrunda üz-üzə gələcək Elpress.az xəbər verir ki, Bu gün 2026-cı il dünya çempionatında üçüncü yer uğrunda oyun keçiriləcək.Yarımfinalda məğlub olan […]

Azərbaycan qadın şahmatçılarından Çexiya üzərində parlaq qələbə

Aysel Əlibəyli 25 Sentyabr 2026 · 23:01 1044 baxış Azərbaycanın qadın şahmatçılarından ibarət milli komandası Özbəkistanın Səmərqənd şəhərində keçirilən 46-cı Ümumdünya Şahmat Olimpiadasında növbəti qarşılaşmasını qələbə ilə başa vurub. Elpress.az xəbər verir ki, millimiz IX […]

Belçikalı müdafiəçi “Sanderlend”ə keç

Aysel Əlibəyli 15 İyul 2026 · 18:35 1112 baxış “Sanderlend” Tomas Menye ilə iki illik müqavilə imzaladığını açıqlayıb Elpress.az xəbər verir ki , Fransanın “Lill” klubundan ayrılan belçikalı futbolçu Tomas Menye karyerasını İngiltərə Premyer Liqasında […]