--:--:-- | 11 Oktyabr 2026, Bazar
Son Xəbər
Yüklənir...

“Qarabağ” daha bir futbolçusu ilə yollarını ayırır

Aysel Əlibəyli 09 İyul 2026 · 12:44 1088 baxış

“Qarabağ”ın müdafiəçisi Mateus Silva karyerasını Azərbaycandan kənarda davam etdirməyə hazırlaşdığını açıqlayıb.

Elpress.az xəbər verir ki, braziliyalı futbolçu ölkə mətbuatına müsahibəsində doğma vətəninə qayıtmaq istədiyini və bunun üçün artıq bir neçə klubdan təklif aldığını bildirib.29 yaşlı müdafiəçi Azərbaycanda keçirdiyi dövrü yüksək qiymətləndirdiyini desə də, yeni çağırışlara ehtiyac duyduğunu vurğulayıb.

Onun sözlərinə görə, mövsümün əvvəlində də Braziliya klublarından təkliflər alsa da, “Qarabağ” rəhbərliyi komandanın maraqlarını nəzərə alaraq mövsümün sonuna qədər qalmasını istəyib.

Mateus Silva hazırkı vəziyyətin fərqli olduğunu qeyd edərək, karyerasını Braziliyada davam etdirməyə hazır olduğunu bildirib.Qeyd edək ki, Mateus Silva 2023-cü ildən “Qarabağ”ın formasını geyinir və bu müddətdə komandanın uğurlarında mühüm pay sahibi olub.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

“Kızılcık Şerbeti”nin aktyorundan etiraf: “20 ildir psixiatrik müalicə alıram”

Next Article

Dram Teatrı yeni mövsümə böyük planlar və yeni layihələrlə hazırlaşır

Bəlkə də, sizin üçün maraqlı olar ...;

AFFA rəsmisinə UEFA-dan yeni təyinat

Aysel Əlibəyli 01 İyul 2026 · 12:58 1094 baxış Emin Cəfərov beynəlxalq arenada: UEFA Konfrans Liqası matçına nümayəndə təyin edildi Elpress.az-ın məlumatına əsasən, AFFA-nın Yarışların Təşkili Departamentinin rəhbəri Emin Cəfərov UEFA tərəfindən beynəlxalq təyinat alıb.AFFA-nın […]

“Qarabağ”ın potensial rəqibi bəlli oldu

Aysel Əlibəyli 20 İyul 2026 · 16:59 1080 baxış “Qarabağ” Kiyev “Dinamo”su ilə qarşılaşa bilər Elpress.az xəbər verir ki, “Qarabağ”ın UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsindəki potensial rəqibi müəyyənləşib.Məlumata görə, Ağdam təmsilçisi Avropa Liqasının 2-ci […]

“Neftçi” Cordan Rezabala ilə yollarını ayırıb

Aysel Əlibəyli 19 İyun 2026 · 20:46 1234 baxış “Neftçi” futbol klubu ekvadorlu yarımmüdafiəçi Cordan Rezabala ilə vidalaşıb. Elpress.az xəbər verir ki, Bakı təmsilçisindən bildirilib ki, futbolçu ötən ilin yayında transfer olunub və bu müddətdə […]

“ChatGPT” Messi azarkeşidir?

Aysel Əlibəyli 23 İyun 2026 · 14:09 1124 baxış “ChatGPT”nin rəsmi “Instagram” hesabında yayılan bir paylaşım futbol azarkeşləri arasında müzakirəyə səbəb olub. Elpress.az-ın Qafqazinfo.az-a istinadən verdiyi məlumata əsasən, Paylaşımda Argentina millisinin formasını geyinmiş, baş hissəsi […]